Paşinyan Rusiyaya qarşı cəbhə açır
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan gələn ildən etibarən sərhədlərinin mühafizəsini tam şəkildə öz üzərinə götürməyi planlaşdırır. Bu istiqamətdə Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsi də gündəmdədir. Baş nazir Nikol Paşinyanın Rusiya sərhədçilərinə təşəkkür etməsi və Ermənistanın artıq öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik olduğunu vurğulaması, əslində, Moskvaya ünvanlanmış siyasi mesajdır.
Ermənistan xüsusilə Türkiyə və İranla sərhədlərində nəzarəti tam şəkildə öz üzərinə götürmək istəyir. Məlum olduğu kimi, hazırda bu sərhədlərin Türkiyə və İranla sərhəddə Rusiya sərhədçiləri xidmət aparır. Xüsusilə Ermənistanın İranla sərhədində Rusiya hərbçilərinin mövcudluğu rəsmi İrəvanın narahatlıq doğuran məsələlərindən biridir. Gələcəkdə Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Türkiyə ilə sərhədlərin normallaşması fonunda Ermənistan Rusiyanın sərhəd qüvvələrin sərhəd nəzarətində iştirakında maraqlı deyil.
Ermənistan hökuməti təhlükəsizlik və sərhəd siyasətində Rusiyadan asılılığı azaltmaq istiqamətində yeni mərhələyə keçməyə çalışır. Paşinyanın son açıqlamaları da Moskva üçün müəyyən mənada xəbərdarlıqdı. N. Paşinyan qeyd edir ki, Ermənistan artıq öz təhlükəsizlik siyasətini müstəqil şəkildə müəyyənləşdirmək niyyətindədir.
Ermənistan sülh prosesinə sadiq qalmaq, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasında iştirak etmək və qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq istəyirsə, Rusiyadan siyasi və hərbi asılılığını tədricən azaltmalıdır. Bu baxımdan, növbəti ildən etibarən yalnız Rusiya sərhədçilərinin deyil, Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcək statusunun da Ermənistanın siyasi gündəliyinə daxil edilməsi istisna deyil.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Bu mövzuda digər xəbərlər:Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq Paşinyan
14 May 2026 16:43
Paşinyan Rusiyaya gedir
22 İyul 2025 16:26
Əliyev və Paşinyan Rusiyaya qarşı... Zatulin
10 Avqust 2025 12:52
Paşinyan Rusiyaya qarşı bu tezisi təkrarlayır
20 Yanvar 2026 22:53
Paşinyan Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdür
22 May 2026 13:14
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















