Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Ermənistanda ən nüfuzlu qurum ölkənin silahlı qüvvələridir.
Respondentlərin 72 faizi silahlı qüvvələrin fəaliyyətindən tam və ya qismən razıdır.
İkinci yerdə 58 faiz reytinq göstəricisi ilə Erməni Apostol Kilsəsi qərarlaşıb.
Əvvəlki sorğu ilə müqayisədə kilsənin reytinqi 10 faiz artıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun iyunun 16-dan 25-dək keçirdiyi sorğunun nəticələri bunu göstərir.
Erməni Apostol Kilsəsi 18-35 yaş arası ermənilər arasında ən yüksək reytinqə malikdir. Bu göstərici 70 faizdən çox təşkil edir.
Baş nazirlik ofisinə əhalinin 38 faizi, məhkəmələrə 31 faizi, Milli Assambleyaya isə cəmi 24 faizi tam və ya qismən etibar edir.
Yeri gəlmişkən, sorğuda iştirak edən vətəndaşlar ən çox 72 faiz Milli Məclisin, 52 faizi isə məhkəmələrin işindən narazıdır.