Icma.az
close
up
RU
Paşinyan üçün ciddi SİQNAL

Paşinyan üçün ciddi SİQNAL

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda ən nüfuzlu qurum ölkənin silahlı qüvvələridir.

Respondentlərin 72 faizi silahlı qüvvələrin fəaliyyətindən tam və ya qismən razıdır. İkinci yerdə 58 faiz reytinq göstəricisi ilə Erməni Apostol Kilsəsi qərarlaşıb. Əvvəlki sorğu ilə müqayisədə kilsənin reytinqi 10 faiz artıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun  iyunun 16-dan 25-dək keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Erməni Apostol Kilsəsi 18-35 yaş arası ermənilər arasında ən yüksək reytinqə malikdir. Bu göstərici 70 faizdən çox təşkil edir. Baş nazirlik ofisinə əhalinin 38 faizi, məhkəmələrə 31 faizi, Milli Assambleyaya isə cəmi 24 faizi tam və ya qismən etibar edir. Yeri gəlmişkən, sorğuda iştirak edən vətəndaşlar ən çox 72 faiz Milli Məclisin, 52 faizi isə məhkəmələrin işindən narazıdır.

Qeyd edilən sorğunun kifayət qədər reallığı əks etdirdiyini söyləmək olmaz. Çünki son 5 ildə Ermənistan ordusu Azərbaycanla müharibədə iki dəfə ağır məğlubiyyətə uğrayıb. Ermənistan Silahlı Qüvvələrinin strukturu dağılıb və Nikol Paşinyan hakimiyyəti hərbi sistemi yenidən qurmağa məcburdur. Belə olan təqdirdə, Ermənistan SQ-nin fəaliyyətindən xalqın böyük əksəriyyətinin razı olması inandırcı görünmür. 

Kilsənin reytinqinin yüksək olmasına gəlincə, bu, Ermənistan cəmiyyətində kilsənin siyasi-ideoloji mövqeyinin güclü olduğunu göstərir. Bu göstəricinin ən azı 70 faiz təşkil etməsi barədə məlumatlar Ermənistan mediasında əvvəllər də səslənib. Bu barədə deyilənlər Ermənistan cəmiyyətində kilsənin siyasi-ideoloji mövqeyinin güclü olduğunu təsdiq edir.

 Ermənistan hakimiyyətinin son vaxtlar Eçmiədzin kilsəsi ilə qarşıdurmada qalib gələ bilməməsinin səbəbi də bununla izah oluna bilər. Baş nazir aparatının reytinqi son illər xeyli aşağı düşüb. Yəni hökumətə etimad göstərənlərin sayı xeyli azalıb. Lakin Paşinyan elektoratının böyük hissəsini qoruyub  saxlaya bilib. Ümumilikdə, hökumət kilsəyə qalib gələ bilməsə, 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanmaq şansı az olacaq.   

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri