Paşinyana xidmət edən “Ermənistan” parlamentdə oynanılan dava tamaşası ŞƏRH | Icma.az
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb.
Məlumata görə qarşıdurma hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif “Ermənistan” parlament fraksiyasından olan həmkarları arasında olub.
Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib.
Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan "Ermənistan" fraksiyasının tərkibinə daxil olan müxalifətçi "Daşnaksütyun" partiyasının nümayəndələrinə qarşı tənqidi fikirlər səsləndirmişdi.
“Ermənistan” partiyasından olan deputat Artsvik Minasyan bildirib ki, onun siyasi qüvvəsi "soyqırımın" inkarına görə cəza nəzərdə tutan qanun layihəsini hazırlayır.
Qarşıdurma ilə əlaqədar Simonyan 20 dəqiqəlik fasilə elan edib. İclas zalında vəziyyət sabitləşib.
Mart ayında isə baş nazir Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə verdiyi müsahibədə 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı”nın beynəlxalq tanınmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını bildirmişdi.
Qeyd edək ki, ermənilər aprelin 24-nü “soyqırımı” günü adlandırırlar.
Tam oxu
Xəbəri oxu