Icma.az
close
up
RU
Paşinyana xidmət edən “Ermənistan” parlamentdə oynanılan dava tamaşası ŞƏRH

Paşinyana xidmət edən “Ermənistan” parlamentdə oynanılan dava tamaşası ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb. Məlumata görə qarşıdurma hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif “Ermənistan” parlament fraksiyasından olan həmkarları arasında olub.

Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan "Ermənistan" fraksiyasının tərkibinə daxil olan müxalifətçi "Daşnaksütyun" partiyasının nümayəndələrinə qarşı tənqidi fikirlər səsləndirmişdi.

“Ermənistan” partiyasından olan deputat Artsvik Minasyan bildirib ki, onun siyasi qüvvəsi "soyqırımın" inkarına görə cəza nəzərdə tutan qanun layihəsini hazırlayır.

Qarşıdurma ilə əlaqədar Simonyan 20 dəqiqəlik fasilə elan edib. İclas zalında vəziyyət sabitləşib.

Mart ayında isə baş nazir Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə verdiyi müsahibədə 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı”nın beynəlxalq tanınmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını bildirmişdi.

Qeyd edək ki, ermənilər aprelin 24-nü “soyqırımı” günü adlandırırlar. Dünyanın müxtəlif ölkələrində ermənilər bununla bağlı tədbirlər keçirir, Türkiyə və Azərbaycana qarşı şüarlar səsləndirirlər. Hətta bəzi ölkələr və parlamentlər bu saxtakarlığı tanıyıb. 2019-cu ilin oktyabrında ABŞ-də konqresin aşağı palatası erməni soyqırımını tanıyıb. Həmin ilin dekabrında isə konqresin Yuxarı Palatası, Senat da soyqırımın tanınması və pislənməsi ilə bağlı qətnamə qəbul etmişdi.

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden XX əsrin hadisələrini “soyqırımı” adlandırmışdı. Türkiyənin Xarici İşlər Nazirliyi isə onda Baydeni “bu ciddi səhvi düzəltməyə” çağıraraq onu populizmdə ittiham etmişdi.

Tarixən erməni ideoloqları və havadarları tərəfindən Türkiyəyə təzyiq etmək məqsədi ilə saxtalaşdırılmış bu günün beynəlxalq səviyyədə qəbul edilməsi bu etnik qrupun başlıca hədəflərindən olub. Ermənilər Azərbaycan torpaqlarını işğal edərək “Böyük Ermənistan” qurmaq, Türkiyəyə ərazi iddiaları, “soyqırımı” kimi saxta iddialar əsasında ideoloji sistem qurmuşdu. Azərbaycan torpaqlarını işğaldan azad etməklə ermənilərin məşhur ermənilik düşüncə sistemini, bu sərsəm ideologiyanı da puça çıxdı. Etnosun mifləri dağıldıqca bu ideyanın daşıyıcıları, təbliğatçıları məyus olur. Digər tərəfdən, saxta soyqırımı parlament, hökumət səviyyəsində qəbul edənlər, bu xülya ilə bağlı ermənilərə dəstək verənlər indi də özlərini fərqli üsullar tətbiq etməklə göstərirlər.

Türkiyəyə qarşı saxta soyqırımından daha çox Rusiya və Fransa faydalanmağa çalışıb. Odur ki, onların Ermənistanın müdafiə etdiyi siyasi qruplara bu məsələdə də dəstək verdikləri ehtimal olunur.

Bu, Ermənistan parlamentində baş verən ilk hadisə deyil. 2024-cü ilin iyununda Nikol Paşinyan parlamentdə çıxışı zaman müxalifətə atmaca atmışdı: “Sizin təriflədiyiniz generalların çoxu vətən üçün badə qaldırırdılar. Hücum başlayan kimi mənə zəng edib onları ərazidən çıxarmağımı xahiş edirdilər. Onlar qorxaq və fəraridirlər”.

Bundan sonra müxalifət və hakim partiyaların nümayəndələri arasında mübahisə baş vermişdi. Bu, bir az sonra əlbəyaxa davaya çevrilmişdi. Parlamentin binası qarşısında isə müxalifətin nümayəndələri ilə polis arasında toqquşma olmuşdu. Polis onlara qarşı səs qumbaralarından istifadə etmişdi.

Bundan başqa, ötən ilin noyabrında da deputatlar küçə sözləri ilə bir-birilərni aşağılamışdılar. Bu mübahisənin əlbəyaxa davaya keçməsinin qarşısı alınmışdı.

35 il əvvəl isə - 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində daha faciəli hadisə törədilib. Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən parlamentə edilən hücum nəticəsində baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan daxil olmaqla, 8 nəfər ölmüş, 30-dan çox insan yaralanmışdı. Terror aktı nəticəsində öldürülən Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq ovaxtkı prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı.

Onda bu cinayət əməlində Robert Koçaryan və milli təhlükəsizlik naziri Serj Sarqyanın əli olduğu müxtəlif faktlarla təsdiqlənirdi. Bu cinayət işini Nikol Paşinyan hakimiyyəti də hələ açmayıb.

Koçaryan və Sarqsyanın adı olan yerdə Rusiya müdaxiləsi də istisna edilmir.

Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Onlardan 71-i hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, “boz kardinal”ı isə Robert Koçaryan sayılır.

Bu fraksiya parlamentdə ara-sıra qarşıdurmalar yaradır. Belə ehtimal etmək olar ki, Koçaryan, yaxud Sarqsyan hakimiyyətdə olsa idi, 35 il öncəki cinayət yenə təkrarlana bilərdi.

Bu fraksiya həm də müəyyən mənada rusiyayameyilli olduqlarını da gizlətmirlər.

Müxalifət “soyqırımı” məsələsi və konstitusiyanın dəyişdilməməsi ilə bağlı Nikol Paşinyana təzyiq göstərir. Hökumət başçısı da bunları “xalqın” məsələyə münasibəti kimi qələmə verməklə Ermənistanın müstəqilliyi haqqında konstitusiya aktından gələcək əsas qanunda istifadə etməyəcəklərini bildirir. Paşinyan xarici siyasətdə də saxta soyqırımı yerli səviyyədə qeyd etmək istəyir.

Azərbaycanın Ermənistan qarşısında iki əsas şərt qoyub: konstitusiyanın dəyişməsi, ATƏT-in Minsk qrupunun ləğvi.

Parlamentdəki dava isə rusiyayönlü müxalifətin bu şərtlərin təmin olunmasına qarşı çıxaraq ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışmasıdır. Çünki “Ermənistan” fraksiyası Paşinyan hökumətinə təzyiq etmək, siyasi qüvvə kimi ayaqda qalmaq üçün ideya boşluğu yaşayır.

Belə düşünmək olar ki, hökumət başçısı da müxalifətin bu hay-küyündən bəhrələnərək Azərbaycanla danışıqlarda şərtləri həyata keçirməmək üçün vaxt udmağa çalışır. Ona görə, ehtimal etmək olar ki, parlamentdəki bu dava ilə rəsmi İrəvan konstitusiyanın dəyişdirilməsinə maneəni göstərməyə çalışıb. Bu baxımdan, parlamentdəki məlum dava ilə müxalifət Paşinyana xidmət etmiş olur.

Ermənistan parlamentdəki belə dava şousu ilə özünü demokratik göstərmək istəyir. Ancaq əlbəyaxa olmaq, boğuşmaq, qarşılıqlı təhqirlər demokratik dəyərlərdən sayılmır.

Deputatların əlbəyaxa olması Ermənistan cəmiyyətinin, dünya ermənilərinin sülhə, əməkdaşlığa hazır olmadığını göstərir.

Sədrəddin Soltan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see745

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see194

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see183

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see174

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see168

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see163

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see162

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see161

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see161

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see158

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see158

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see155

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see153

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see152

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see151

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see151

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see151

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri