Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“9 May qələbəsi həm də bizim qələbəmizdir, 300 min həlak olanlmız var. 300 min erməni müharibəyə gedib və qayıtmayıb.
Söz yox ki, müxtəlif müttəfiq orduların da Müqavimət hərəkatında ermənilər də vardı. Bu, bizim fəxrli günlərimizdən biridir”.
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərə belə deyib.
Simonyanın sözlərinə görə, əvvəllər Baş nazir Paşinyan əvvəlki paradda iştirak etməmişdi.
Çünki ötən il bu, əlverişsiz və başqa səbəblərlə bağlı olub.“Bu il 80-ci ildir, yubiley ilidir.
Hər il dünya və reallıq çox dəyişir”, - deyə Simonyan bildirib.Rusiyaya qarşı sərt siyasi ritorikası ilə seçilən Alen Simonyan faşizm üzərində qələbənin əhəmiyyətini ön plana çəkməyə çalışsa da, onun Baş nazir Paşinyanın Moskvaya səfərinin vacibliyini əsaslandırmağa çalışması diqqətdən yayınmayıb.
Xüsusilə də spiker bu ilki vəziyyətlə ötən ilin fərqli olduğu mesajını verir.