Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Paşinyandan hiyləgər gediş: Qərbin reaksiyası necə olacaq?

Paşinyandan hiyləgər gediş: Qərbin reaksiyası necə olacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“9 May qələbəsi həm də bizim qələbəmizdir, 300 min həlak olanlmız var. 

300 min erməni müharibəyə gedib və qayıtmayıb. Söz yox ki, müxtəlif müttəfiq orduların da Müqavimət hərəkatında ermənilər də vardı. Bu, bizim fəxrli günlərimizdən biridir”.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərə belə deyib. Simonyanın sözlərinə görə, əvvəllər Baş nazir Paşinyan əvvəlki paradda iştirak etməmişdi. Çünki ötən il bu, əlverişsiz və başqa səbəblərlə bağlı olub.“Bu il 80-ci ildir, yubiley ilidir. Hər il dünya və reallıq çox dəyişir”, - deyə Simonyan bildirib.Rusiyaya qarşı sərt siyasi ritorikası ilə seçilən Alen Simonyan faşizm üzərində qələbənin əhəmiyyətini ön plana çəkməyə çalışsa da, onun Baş nazir Paşinyanın Moskvaya səfərinin vacibliyini əsaslandırmağa çalışması diqqətdən yayınmayıb.

Xüsusilə də spiker bu ilki vəziyyətlə ötən ilin fərqli olduğu mesajını verir. O, ötən il “əlverişsiz” olduğunu deməklə bir növ Paşinyanın Rusiyaya getməsinə mane olan səbəblərin olduğuna işarə edir. Əslində, söhbət Ermənistan üzərindən Qərb və Rusiya arasında gedən geosiyasi qarşıdurmadan gedir.Xüsusilə də, bir il öncə ABŞ-də Co Baydenin prezidentliyi dövründə Ermənistan hakimiyyəti Vaşinqtonun siyasi təzyiqləri nəticəsində, Rusiyadan uzaqlaşmaq kursuna üstünlük verirdi. Lakin Donald Tramp administrasiyasının Rusiya ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq siyasəti Paşinyanı ABŞ-dən gələn təzyiqlərdən sığortalayır.

Alen Simonyanın açıqlaması Moskvaya parada gedən Paşinyan üçün yeni manevr imkanlarının açıldığını göstərir. Ancaq Paşinyanın Moskvaya səfəri hələ Ermənistan-Rusiya münasibətlərinin qaydasına düşəcəyindən xəbər vermir. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Kaya Kallasın açıqlaması Paşinyanın Rusiyaya səfərinin Brüsseldə müsbət qarşılanmayacağını deməyə əsas verir.

Kaya Kallas bildirib ki, Avropa İttifaqı mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdırmır. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı Aİ-yə namizəd ölkələrin paradında iştirakını müsbət qarşılamır. “Biz açıq şəkildə bildirdik ki, namizəd ölkələrin heç birinin Moskvadakı bu hadisələrə cəlb olunmasını istəmirik”, - Kallas bildirib.Qeyd edək ki, Ermənistan son vaxtlar Avropa İttifaqına üzvlük statusu almaq istiqamətində fəallıq göstərir. Ermənistan parlamenti martın 26-da “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib.

Təbii ki, Ermənistanın hazırkı siyasi və iqtisadi potensialının Avropa İttifaqına üzv olmasına imkan vermir. Söhbət ən yaxşı halda, Ermənistana üzvlüyə statusunun verilməsindən gedə bilər.Bu kontekstdə xanım Kallasın açıqlaması həm də Ermənistana xəbərdarlıq kimi başa düşülməlidir. Yəni Paşinyanın Rusiya ilə yaxınlaşması Avropadan gələn dəstəyin geri çəkilməsinə səbəb olar. Belə vəziyyətin yaranması isə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan üçün arzuolunmazdır.Ona görə də Alem Simonyanın 9 May qələbə gününün əhəmiyyəti haqqında sözləri çox güman ki, Avropa İttifaqı qarşısında Paşinyanı siyasi cəhətdən sığortalamaq məqsədi daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Alen Simonyan siyasi kurs

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri