Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sinif yoldaşı və yaxın dostu Vahe Qazaryanı Daxili işlər naziri postundan istefaya göndərdikdən sonra onun yerinə nazir müavini, 30 yaşlı xanım Arpin Sarkisyanı təyin edib.“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Sarkisyan daxili işlər naziri kimi polis, xilasetmə və miqrasiya xidmətlərini koordinasiya edəcək.
O, 22 yaşında, 2016-cı ildə Serj Sarkisyanın prezidentliyi dövründə ədliyyə nazirinin müavininin köməkçisi olub.
2019-2022-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, korrupsiyaya qarşı mübarizə orqanlarının əlaqələndirilməsi, Polis İslahatlar Qrupuna rəhbərlik edib, Polis İslahatı Strategiyasının həyata keçirilməsində və Daxili İşlər Nazirliyinin yaradılmasında iştirak edib.
2022-ci ilin yanvarından Baş nazir Paşinyanın qərarı ilə Arpin Sarkisyan ədliyyə nazirinin müavini, 2023-cü ildə isə daxili işlər nazirinin müavini təyin edilib.Nazir müavini vəzifəsində tez-tez qanunun aliliyinin, polisdə islahatların aparılmasının, güc tətbiqi standartları tətbiqinin vacibliyindən danışan Sarkisyan, polisin hərəkətlərinə, xüsusən də iyunun 12-də İrəvanda Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsində mitinqin polis zoraklığı ilə dağıdılmasına bəraət qazandırıb.
Hökumətə qarşı həmin aksiyada 100-dən çx insan xəsarət almışdı.
Yerli media yazır ki, parlamentin qarşısında baş verən qarşıdurmadan üç ay keçməsinə baxmayaraq, hələ də işdə təqsirləndirilən polis əməkdaşı yoxdur.“Polisin yaranmış vəziyyəti qiymətləndirmək və onların arsenalında ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün hansı vasitələrin zəruri və yetərli olacağını anlamaq imkanı var”, - deyə Sarkisyan bildirib.
Eyni zamanda, o, ötən ilin mayında “qırmızı beretlilər” dəstəsinin müxalifət deputatını kameralar qarşısında döyməsinə münasibət bildirməkdən imtina edib.