Icma.az
close
up
RU
Paşinyanın 30 yaşlı “başkəsən” naziri Arpin Sarkisyan xüsusi qəddarlığı ilə tanınır... AzPolitika onlayn siyasiictimai qəzet

Paşinyanın 30 yaşlı “başkəsən” naziri Arpin Sarkisyan xüsusi qəddarlığı ilə tanınır... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sinif yoldaşı və yaxın dostu Vahe Qazaryanı Daxili işlər naziri postundan istefaya göndərdikdən sonra onun yerinə nazir müavini, 30 yaşlı xanım Arpin Sarkisyanı təyin edib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Sarkisyan daxili işlər naziri kimi polis, xilasetmə və miqrasiya xidmətlərini koordinasiya edəcək. O, 22 yaşında, 2016-cı ildə Serj Sarkisyanın prezidentliyi dövründə ədliyyə nazirinin müavininin köməkçisi olub. 2019-2022-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, korrupsiyaya qarşı mübarizə orqanlarının əlaqələndirilməsi, Polis İslahatlar Qrupuna rəhbərlik edib, Polis İslahatı Strategiyasının həyata keçirilməsində və Daxili İşlər Nazirliyinin yaradılmasında iştirak edib. 2022-ci ilin yanvarından Baş nazir Paşinyanın qərarı ilə Arpin Sarkisyan ədliyyə nazirinin müavini, 2023-cü ildə isə daxili işlər nazirinin müavini təyin edilib.

Nazir müavini vəzifəsində tez-tez qanunun aliliyinin, polisdə islahatların aparılmasının, güc tətbiqi standartları tətbiqinin vacibliyindən danışan Sarkisyan, polisin hərəkətlərinə, xüsusən də iyunun 12-də İrəvanda Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsində mitinqin polis zoraklığı ilə dağıdılmasına bəraət qazandırıb. Hökumətə qarşı həmin aksiyada 100-dən çx insan xəsarət almışdı.

Yerli media yazır ki, parlamentin qarşısında baş verən qarşıdurmadan üç ay keçməsinə baxmayaraq, hələ də işdə təqsirləndirilən polis əməkdaşı yoxdur.

“Polisin yaranmış vəziyyəti qiymətləndirmək və onların arsenalında ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün hansı vasitələrin zəruri və yetərli olacağını anlamaq imkanı var”, - deyə Sarkisyan bildirib. Eyni zamanda, o, ötən ilin mayında “qırmızı beretlilər” dəstəsinin müxalifət deputatını kameralar qarşısında döyməsinə münasibət bildirməkdən imtina edib.

Bundan başqa yeni nazir bu il mayın 28-də polisin bütün ermənilərin katolikosunun Sardarapat memorial kompleksinə girişini əngəlmək üçün kordon yaratmasına da haqq qazandırıb.

Yeri gəlmişkən, Arpin Sarkisyan ictimai yerlərdə kameraların quraşdırılması ilə bağlı qalmaqallı layihənin tərəfdarlarından biri olub. Polisə iş adamlarını 24 saat videomüşahidə və onlayn çıxışla təmin etməyi məcbur edən bu qanun layihəsi şəxsi həyata və digər hüquqlara mane olduğu üçün beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqi ilə dondurulub. Qanun layihəsi parlamentdə birinci oxunuşdan keçmişdi.

Yerli media yazır ki, yeni təyin olunmuş daxili işlər nazirinin atası Aşot Sarkisyan Respublikaçılar Partiyası iqtidarı dövründə korrupsiyada ittiham edilib. “Joqovurd” qəzeti yazıb ki, nazirin atası Müdafiə Nazirliyinin tədarükçüsü olub. O, avadanlıqları bazar qiymətindən xeyli baha qiymətə adıçəkilən nazirliyə satıb.

Arpine Sarkisyan hələ daxili işlər nazirinin müavini vəzifəsində olarkən atasının korrupsiya işindən danışaraq onun Apellyasiya Məhkəməsində bəraət aldığını və özü tərəfindən həmin vaxt məhkəməyə heç bir təsir olunmadığını iddia edib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri