Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyadakı haypərəst dairələrin, əvvəl Ermənistan müxalifətinin, sonra ölkə rəhbərliyinin “Azərbaycanda saxlanılan erməni məhbuslarla” bağlı başlatdığı kampaniyaya baş nazir Nikol Paşinyan da qoşuldu.
O da Bakıda çoxsaylı cinayətlərdə təqsirləndirilən həmyerlilərinə qarşı məhkəmə prosesinə münasibət bildirdi.
Münasibət nədən ibarətdir, bu barədə söz açacağıq. Hələlik isə...
Əvvəlki saylarımızda bildirmişdik ki, rəsmi İrəvan Bakı ilə sülh gündəmini “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinə dəyişib.
Məqsəd bəllidir. Ermənistan rəhbərliyi görür ki, barış sazişi ilə bağlı danışıqlarda heç nəyə nail ola bilmir, Azərbaycanı güzəştlərə məcbur
N.Paşinyan isə ölkə parlamentindəki çıxışı ilə sübut edir ki, bu vay-şivənin başında indi o özü dayanır.
Haşiyə çıxaq ki, bu günlərədək Ermənistan hakimiyyəti revanşist-şovinist erməni müxalifəti və xaricdəki anti-Azərbaycan yönümlü dairələrin “erməni məhbuslar” məsələsi ətrafındakı şousuna qoşulmurdu.