Icma.az
close
up
RU
Paşinyanın “göz yaşları” Moskvanı inandıracaqmı?

Paşinyanın “göz yaşları” Moskvanı inandıracaqmı?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyadakı haypərəst dairələrin, əvvəl Ermənistan müxalifətinin, sonra ölkə rəhbərliyinin “Azərbaycanda saxlanılan erməni məhbuslarla” bağlı başlatdığı kampaniyaya baş nazir Nikol Paşinyan da qoşuldu. O da Bakıda çoxsaylı cinayətlərdə təqsirləndirilən həmyerlilərinə qarşı məhkəmə prosesinə münasibət bildirdi. Münasibət nədən ibarətdir, bu barədə söz açacağıq. Hələlik isə...

Əvvəlki saylarımızda bildirmişdik ki, rəsmi İrəvan Bakı ilə sülh gündəmini “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinə dəyişib. Məqsəd bəllidir. Ermənistan rəhbərliyi görür ki, barış sazişi ilə bağlı danışıqlarda heç nəyə nail ola bilmir, Azərbaycanı güzəştlərə məcbur etməyi bacarmır və buna görə həyasızlığa güc verir. N.Paşinyan isə ölkə parlamentindəki çıxışı ilə sübut edir ki, bu vay-şivənin başında indi o özü dayanır.

Haşiyə çıxaq ki, bu günlərədək Ermənistan hakimiyyəti revanşist-şovinist erməni müxalifəti və xaricdəki anti-Azərbaycan yönümlü dairələrin “erməni məhbuslar” məsələsi ətrafındakı şousuna qoşulmurdu. Hazırda vəziyyət kökündən dəyişmiş kimi görünür. Hesab edirik ki, bunun Azərbaycanı hansısa güzəştə məcbur etməkdən başqa da səbəbləri var.

Bu barədə söz açarkən, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın “erməni məhbuslar” məsələsinə dair sərsəmləməsinə nəzər salaq. O demişdi ki, “məhbuslara” görə Azərbaycanla sülh danışıqlarını dayandırmaq lazımdır. Onun yanaşmasının düzgün olmadığını deyən ölkənin hazırkı XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan danışıqların davamında maraqlıdır. Əslində isə rəsmi İrəvanın hazırkı davranışı elə Oskanyanın “təklifinin” icrasıdır. Elə isə sual yaranır: rəsmi İrəvanın istədiyi nədir?

Erməni müxalifəti “Azərbaycanda saxlanılan erməni məhbuslarla”, xüsusən Qarabağdakı keçmiş separatçı rejimin liderləri ilə bağlı məsələni bölgənin ermənilərə məxsusluğu, ərazinin ölkəmiz tərəfindən, guya, işğala məruz qalması kontekstində qaldırır. Yəni, istər-istəməz, məsələ “Qarabağın işğalı” ilə assosiasiya olunur. Nəzərə alaq ki, Ermənistan hakimiyyəti vaxtilə həm də bu səbəbdən Bakıda məhkəməsi gedən şəxslərin müdafiəsinə yönəlmiş “kampaniyalardan” uzaq dururdu. Hətta mövcud istiqamətdəki susqunluğuna görə ittihamlarla da üzləşirdi. İndi necə başa düşək? Ermənistan dolayısı ilə Azərbaycana qarşı ərazi iddiası qaldırır? Bəlkə ölkədə yenidən Qarabağa sahiblənməyi düşünənlər var?

Hər halda, Paşinyan iqtidarı təmsilçilərinin Bakıda məhkəməsi davam edən ermənilərdən zəhlələrinin getdiyi məlumdur. Götürək elə, separatçı rejimdə “dövlət naziri” oyuncaq postunu tutmuş rusiyalı milyarder Ruben Vardanyanı. Rəsmi İrəvan niyə onun müdafiəsinə qalxsın? Axı Vardanyan Paşinyanı devirmək çağırışını səsləndirmişdi. O, Qarabağa, faktiki olaraq, Qarabağ klanının vaxtilə getdiyi yolda addımlamaq məqsədi ilə yerləşdirilmişdi. Ssenari belə idi: Vardanyan Qarabağa sahiblənəcək, sonra Ermənistanın rəhbəri olacaq. Eynilə ölkənin ikinci prezidenti Robert Koçaryan kimi. İndi isə Nikol Ermənistanda yeni vardanyanların peyda olmasından əndişələnir. Fikrimizi əsaslandırmaq üçün bir məqama da diqqət yetirək.

Hay siyasi kluarlarında gedən söhbətlərə görə, Ermənistan iqtidarındakılar ABŞ-da Donald Trampın prezidentliyə başlaması ilə Qərbin anti-Rusiya kampaniyasının sıradan çıxdığını görüblər. Nikol ABŞ-a səfər etsə də, orada onu sayan olmadı. Hazırda erməni hakim komandasını düşündürən məsələ, necə olursa-olsun, iqtidarı qorumaqdır. Bunun üçün isə Rusiyaya yarınmaq əsas götürülür. Məsələn, Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, N.Paşinyan dövlət müəssisələrinə Moskva ilə üfüqi idarələrarası əlaqələrin və təmasların bərpasını, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb. Nəzərə alaq ki, “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi fonunda Qarabağın işğalı ritorikası isə Ermənistanın Rusiyameyilli müxalifətinə, daha dəqiq desək, rusbaşlı revanşist və şovinist kəsimə məxsus gündəlikdir. Paşinyan iqtidarı indiki davranışı ilə məhz həmin gündəliyə sahiblənir.

Nikol sözügedən gündəliyə AZAL-ın təyyarəsi ilə bağlı məsələ səbəbindən Bakı və Moskva arasındakı gərginliyə siyasi sərmayə yatıraraq sahib çıxmağı düşünür. Deməli, sülh danışıqlarını faktiki iflic duruma gətirməklə rəsmi İrəvanın qarşıdakı müddətdə hansı yolu tutacağını da proqnozlaşdırmaq mümkündür. Nikol və tərəfdarları tezliklə revanşistlər kimi, Qarabağın Azərbaycan tərəfindən, guya, işğal olunduğunu bildirsələr, bölgəni ayrıca subyekt qismində göstərməyə çalışsalar, qətiyyən təəccüblənmərik. Rəsmi İrəvanın sülh danışıqlarını dayandırdığını bəyan etməsini də proqnozlaşdıra bilərik. Hətta Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını danması da mümkündür. Axı onun üçün nəyisə danmaq su içimi kimi bir şeydir.

Erməni iqtidarı hələlik, belə demək mümkünsə, xırda həyasızlıqlarla keçinir.

Ancaq N.Paşinyanın həyasızlığı heç də xırda deyil. Onun nə dediyini, eləcə də bir qədər əvvəl bildirdiklərimizi nəzərə alsaq, ortaya maraqlı məqamlar çıxır. O məqamlar ki, onların bütövlükdə Azərbaycan-Ermənistan sülh gündəminin hazırkı trayektoriyasına təsir göstərməyə hesablandığı qənaətini bölüşmək olar. Elə isə görək Nikol ölkə parlamentindəki çıxışında nə deyib.

Ermənistanın baş naziri bildirib ki, “bizdə məhbuslara qarşı qadağan olunmuş vasitələrdən istifadə edildiyinə dair məlumat var. Onlara işgəncə verirlər”. Göründüyü kimi, Nikol cəfəngiyyat tirajlamaqla məşğuldur. Baş nazir revanşistlərdən daha pis erməni olduğunu göstərir. Sual yaranır: Nikolun düşüncəsindəki qadağan olunmuş vasitə nədir? Belə getsə, Paşinyan və tərəfdarları tezliklə kino danışacaqlar. Məsələn, onlar sərsəmləyə bilərlər ki, Bakı həbsxanalarındakı ermənilərin bədənlərinə müxtəlif preparatlar yeridilir və bununla beyinləri yuyulur.

Diqqət yetirək, Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri olmuş Arayik Arutyunyan məhkəmədəki çıxışında bildirib ki, 44 günlük müharibə zamanı bütün əmrləri İrəvandan alırmış. O, eyni zamanda, ölkəmizin iri şəhərlərinin raket atəşinə tutulması göstərişini də Ermənistan rəhbərliyinin verdiyini vurğulayır. Görünür, məhkəmə davam etdikcə, hələ çox mətləblər üzə çıxacaq. Özünü demokrat adlandıran Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətindəki ayrı-ayrı xüsusiyyətlər də həmçinin. Belədə rəsmi İrəvan Bakı prosesini şou kimi qiymətləndirməsin, beynəlxalq miqyasda mövcud istiqamətdə təsəvvür formalaşdırmağa girişməsin, bəs nə etsin? Axı əsl həqiqətlərin üzə çıxması Nikola sərfəli deyil.

Sonda onu da deyək ki, “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinə siyasi sərmayə yatıraraq ölkəmizlə sülh gündəmindən tədricən uzaqlaşma xətti götürmüş Ermənistan rəhbərliyi hakimiyyətdə qalmaq üçün özünü ən qatı revanşist kimi nəinki göstərməli, hətta təsdiqləməlidir. Elə etməlidir ki, Moskva onun “göz yaşları”na inansın...

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri