Paşinyanın indiki davranışları... Sülh sazişinin qarşısındakı əngəllər | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Paşinyan hakimiyyəti Azərbaycana qarşı təzyiqləri beynəlxalq müstəviyə keçirmək üçün COP29 tədbirindən istifadə etməyə çalışırdı.
Tədbirin keçirilmə ərəfəsində sülh prosesi ilə bağlı siyasi manipulyasiyaları artırdı.
Bununla COP29-a qədər Ermənistanın sülh bağlamağa hazır olduğunu bəyan edirdi. Ermənistanı beynəlxalq məkanda sülhpərvər göstərməyə çalışdı.
Paralel olaraq beynəlxalq siyasi idarə mərkəzlərinin Azərbaycana təzyiq göstərməsi üçün əlindən gələni edirdi”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
“Rəsmi Bakı Paşinyan hakimiyyətinin hiyləgər taktikasına imkan vermədi. Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalarını boşa çıxardıq.
Son zamanlar Ermənistan ilin sonuna qədər sülh sazişinin imzalanacağını bəyan edir. Bu da siyasi manipulyasiyadır.
Bunun da erməni oyunu olduğu şübhə doğurmur. Sazişin imzalanması üçün şərtlər hər kəsə məlumdur.
Tam oxu
Xəbəri oxu