Icma.az
close
up
RU
Paşinyanın indiki davranışları... Sülh sazişinin qarşısındakı əngəllər

Paşinyanın indiki davranışları... Sülh sazişinin qarşısındakı əngəllər

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Paşinyan hakimiyyəti Azərbaycana qarşı təzyiqləri beynəlxalq müstəviyə keçirmək üçün COP29 tədbirindən istifadə etməyə çalışırdı. Tədbirin keçirilmə ərəfəsində sülh prosesi ilə bağlı siyasi manipulyasiyaları artırdı. Bununla COP29-a qədər Ermənistanın sülh bağlamağa hazır olduğunu bəyan edirdi. Ermənistanı beynəlxalq məkanda sülhpərvər göstərməyə çalışdı. Paralel olaraq beynəlxalq siyasi idarə mərkəzlərinin Azərbaycana təzyiq göstərməsi üçün əlindən gələni edirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 
“Rəsmi Bakı Paşinyan hakimiyyətinin hiyləgər taktikasına imkan vermədi. Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalarını boşa çıxardıq. 
Son zamanlar Ermənistan ilin sonuna qədər sülh sazişinin imzalanacağını bəyan edir. Bu da siyasi manipulyasiyadır. Bunun da erməni oyunu olduğu şübhə doğurmur. Sazişin imzalanması üçün şərtlər hər kəsə məlumdur. Ermənistan sülh istəyirsə, sazişin şərtlərini yerinə yetirməyə çalışmalıdır. Sazişin mətnləri tam şəkildə razılaşdırılmalıdır. Rəsmi Bakı bəyan edib ki, yarımçıq razılaşdırılmış sülh sazişi imzalamayacaq”. 
O bildirib ki, saziş imzalanarsa, iki ölkənin bir-birinə qarşı ərazi iddiaları, sazişin nə zamansa pozulmasına zəmin yaradacaq faktorlar olmamalıdır:

“Bu şərt ilk növbədə Ermənistan konsititusiyasının dəyişdirilməsini tələb edir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ərazi iddiaları çıxarılmadığı müddətcə yekun sülh sazişinin heç bir əhəmiyyəti olmayacaq. Beləliklə, Cənubi Qafqazda sülh bərqarar olmayacaq. Ermənistan hələlik bu addımları atmaq istəmir. 
Digər yandan sülh sazişinin imzalanmasına əngəl törədən səbəblər arasında ABŞ, Avropa İttifaqı və Fransanın Cənubi Qafqaza olan marağı dayanır. Onlar yeni savaşa ehtiyac duyurlar. Xüsusilə Fransa Ermənistanın yeni savaşa hazırlanmasında əhəmiyyətli rol oynayır. Ermənistan bu ölkələrdən razılıq almadan Azərbaycanla sülh imzalanmasına cəsarət göstərməyəcək. Sazişin imzalanması qarşısında geniş miqyasda əngəllər var. 
Paşinyanın indiki davranışları sülhdən çox savaşı istədiyini ön plana çıxarır. Azərbaycanın adekvat davranacağı şübhə doğurmur. Ermənistan savaşa hazırlaşırsa deməli, Azərbaycan da ehtiyat tədbirləri görür. Rəsmi Bakı da bu addımları atmaqda israrlı görünür. COP29-un sülh sazişinin bağlanmasında hansısa rol oynayacağı ilə bağlı ortaya atılmış söhbətlər uydurma iddialar idi. COP29 iqlim problemlərinə həsr olunmuşdu. Sülh sazişi isə Azərbaycanla Ermənistan arasında olan məsələdir”. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri