Paşinyanın iştahı dişini sındıra bilər | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Avropa İttifaqının bütün qurumlarında vəzifə və səlahiyyət bölgüsü aparılıb, yeni təyinatla
İttifaqın köhnə komandasından kürsüsünü qoruyub saxlamağı bacaranlar da olub.
Bunlardan biri Avropa Komissiyasının rəhbəri postunda ermənipərəst missiyasını davam etdirəcək Ursula Fon der Lyayendir.
Bu münasibətlə Ursula Fon der Lyayenə təbrik teleqramı vuran Ermənistan baş naziri Nikol Paşinyan Avropa Komissiyasının yeni tərkibi ilə əməkdaşlığın sıx əməkdaşlığa, bu münasibətlərin daha da dərinləşməsinə ümid etdiyini bildirib.
Maraqlıdır ki, Paşinyanın təbrik mesajını erməni mediasından əvvəl Rusiyanın TASS agentliyi paylaşıb.
Moskvanın rəsmi informasiya agentliyinin bununla nəyə işarə etdiyi tam anlaşılmasa da, təbrikin İrəvan üçün əhəmiyyəti çox böyükdür.
Əlbəttə, hayların baş nazirinin bu təbrikini şərtləndirən ciddi və unudulması mümkün olmayan amillər var.
Ən başlıca amil 2024-cü il aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkendən ibarət “üçlüy”ün təməlinin atılması və bundan ilk növbədə İrəvanın yararlanmasıdır.
Tam oxu
Xəbəri oxu