Icma.az
close
up
RU
Paşinyanın iştahı dişini sındıra bilər

Paşinyanın iştahı dişini sındıra bilər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa İttifaqının bütün qurumlarında vəzifə və səlahiyyət bölgüsü aparılıb, yeni təyinatlar başa çatıb. İttifaqın köhnə komandasından kürsüsünü qoruyub saxlamağı bacaranlar da olub. Bunlardan biri Avropa Komissiyasının rəhbəri postunda ermənipərəst missiyasını davam etdirəcək Ursula Fon der Lyayendir.

Bu münasibətlə Ursula Fon der Lyayenə təbrik teleqramı vuran Ermənistan baş naziri Nikol Paşinyan Avropa Komissiyasının yeni tərkibi ilə əməkdaşlığın sıx əməkdaşlığa, bu münasibətlərin daha da dərinləşməsinə ümid etdiyini bildirib. Maraqlıdır ki, Paşinyanın təbrik mesajını erməni mediasından əvvəl Rusiyanın TASS agentliyi paylaşıb. Moskvanın rəsmi informasiya agentliyinin bununla nəyə işarə etdiyi tam anlaşılmasa da, təbrikin İrəvan üçün əhəmiyyəti çox böyükdür.

Əlbəttə, hayların baş nazirinin bu təbrikini şərtləndirən ciddi və unudulması mümkün olmayan amillər var. Ən başlıca amil 2024-cü il aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkendən ibarət “üçlüy”ün təməlinin atılması və bundan ilk növbədə İrəvanın yararlanmasıdır.

Təbrik mətnində deyilir: “Biz Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlığı daha yüksək zirvələrə çatdırmaq üçün yeni Avropa Komissiyası ilə sıx əməkdaşlığı gözləyirik”. “Üçlər”in 5 aprel zirvə görüşündən sonra yalnız yüksələn xətlə inkişaf edən Aİ–Ermənistan münasibətlərinin gətirdiyi dividendlər İrəvanı necə şirnikləndiribsə, Paşinyan “daha sıx əməkdaşlığın” yeni üfüqlərini gözünün qarşısına gətirməkdədir. Axı, Aİ-nin Sülh Fondunun xətti ilə Ernmənistana ayırdığı 10 milyon avro İrəvanın “iştahının yalnız diş altından olmasına” bəs edə bilərdi. İndi yeni– köhnə sədrin səxavəti sayəsində daha böyük ianələr alacağına inanan hayların baş nazırınin “dişlərini itiləməsi” tamamilə təbii qarşılanmalıdır.

Təəccüblü heç nə baş vermir. Ermənistan hakimiyyəti dəfələrlə Avropa İttifaqı ilə əməkdaşlığı Brüsselin mümkün saydığı dərəcədə gücləndirməyə hazır olduğunu bəyan edib. İrəvanın “kollektiv Qərb”dəki digər tərəfdaşları ilə yanaşı, Aİ ilə də əlaqələri dərinləşdirmək istəyi başadüşüləndir. Amma ortada parodoksal vəziyyət yaranıb: Aİ-nin Ursula Fon der Lyayenin sədrliyi ilə keçən əvvəlki dönəmində Azərbaycanla münasibətləri xeyli soyuması fonunda Bakının “Qoca qitə”dəki strateji tərəfdaşları ilə əlaqələri genişlənməkdə davam edib. Nəzərə alınmalı reallıq ondan ibarətdir ki, bütövlükdə, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Yəni bu birliyə daxil olan bir sıra dövlətlərlə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan Avropa məkanında enerji təhlükəsizliyinin təmin olunması sahəsində aparıcı mövqelərə malik dövlətlərdən sayılır.

Fransanın dominantlıq etdiyi Aİ isə istər Ermənistanla Azərbaycan arasında normasllaşmağa meyilli ikitərəfli münasibətləri, istərsə də Cənubi Qafqazda sülhə və əməkdaşlığa töhfə verə biləcək təşəbbüsləri tormozlamaqla regionda özünün geosiyasi maraqlarını təmin etmək, buranı Rusiya ilə geosiyasi qarşıdurma meydanına çevirmək barədə düçünür. Aİ-nin belə zərərli və perspektivsiz fəaliyyətinin nəticəsi kimi qəbul etdiyi qərarlar Azərbaycanla bu qurum arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Necə ki, COP29 Sammitində bunun fəsadlarını, ilk növbədə, Avropa İttifaqı öz üzərində hiss elədi.

Amma aşkar göründüyü kimi, bütün bunlar Avropanın ermənicanlı dairələri tərəfindən nəzərə alınmır. Əgər bu mənfi tendensiya bundan sonra da davam edərsə, son nəticədə bu, regionda möhkəm sülhün və əməkdaşlığın təmin olunmasına deyil, əksinə, yeni münaqişə ocağının yaranmasına, birləşdirici yox, bölücü xətlərin ortaya çıxmasına səbəb ola bilər. Bu isə nə “Qafqaz evi”nin sakinləri olan ölkələrin, nə də Avropa İttifaqına üzv dövlətlərin maraqlarına uyğundur.

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri