GlobalInfo saytına istinadən Icma.az xəbər verir. Oktyabrın 20-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi dəstəsinin Gümrü bələdiyy
Nəticədə bələdiyyə sədri Vardan Qukasyan və 7 əməkdaş saxlanıldı, barələrində həbs qərarı verildi.
Həmin şəxslərin korrupsiya və rüşvətxorluqda ittiham edildiyi, haqlarında şikayətin olduğu, insanlardan pul tələb etdikləri bildirilir.
Bələdiyyədə əməliyyatların davam etdiyi bir zamanda əhalinin binanın önünə toplanması, Qukasyana dəstək verərək onun həbsinə mane olmağa çalışmaları isə diqqət çəkdi.
Hətta hazırda da ərazidə gərgin vəziyyət davam edir, insanlar hökumətə etirazlarını bildirir. Qukasyan niyə hədəf seçildi?
Maraqlıdır ki, Vardan Qukasyan hələ yaz aylarında Gümrüdə keçirilən bələdiyyə seçkilərində böyük qələbə qazanmışdı.
Onun zəfəri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasının məğlubiyyətinin başlanğıcı hesab edilirdi.
Hətta bu hadisə Paşinyanın partiyasının 2026-cı il parlament seçkilərindəki məğlubiyyətinin anonsu da adlandırılırdı.