Icma.az
close
up
RU
Paşinyanın o türklə məxfi görüşü Dinləmə cihazı iddiası ölkəni qarışdırdı

Paşinyanın o türklə məxfi görüşü Dinləmə cihazı iddiası ölkəni qarışdırdı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 20-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi dəstəsinin Gümrü bələdiyyəsində genişmiqyaslı əməliyyat keçirməsi bölgədə gərginliyə səbəb oldu. Nəticədə bələdiyyə sədri Vardan Qukasyan və 7 əməkdaş saxlanıldı, barələrində həbs qərarı verildi. Həmin şəxslərin korrupsiya və rüşvətxorluqda ittiham edildiyi, haqlarında şikayətin olduğu, insanlardan pul tələb etdikləri bildirilir.

Bələdiyyədə əməliyyatların davam etdiyi bir zamanda əhalinin binanın önünə toplanması, Qukasyana dəstək verərək onun həbsinə mane olmağa çalışmaları isə diqqət çəkdi. Hətta hazırda da ərazidə gərgin vəziyyət davam edir, insanlar hökumətə etirazlarını bildirir.

Qukasyan niyə hədəf seçildi?

Maraqlıdır ki, Vardan Qukasyan hələ yaz aylarında Gümrüdə keçirilən bələdiyyə seçkilərində böyük qələbə qazanmışdı. Onun zəfəri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasının məğlubiyyətinin başlanğıcı hesab edilirdi. Hətta bu hadisə Paşinyanın partiyasının 2026-cı il parlament seçkilərindəki məğlubiyyətinin anonsu da adlandırılırdı. Məlumata görə, Gümrünü müxalifətə uduzmaq baş naziri ciddi şəkildə qəzəbləndirib, partiya daxilində qarşıdurma və fikir ayrılığına səbəb olub.

Vardan Qukasyan Rusiya meyillidir. Bunu əsla gizlətmir, çıxışlarında açıq şəkildə bildirir, hətta Rusiyanı Ermənistanın xilaskarı kimi təqdim edir. Bu baxımdan bir müddət əvvəl Moskvanın başqa bir adamı olan Samvel Karapetyanın həbsinin ardınca seçkilərə az qalmış müddətdə Qukasyanın da zərərsizləşdirilməsi İrəvan hökumətinin mövqeyindən başadüşüləndir.

Əməliyyata gizli hazırlıq

Burada ən diqqətçəkən məqam Qukasyan və digər bələdiyyə işçilərinin 1 ay müddətində müxtəlif vasitələrlə dinlənilməsi iddiasıdır. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan onların xüsusi cihazla təmin edilmiş dronlar vasitəsilə dinlənildiyinə dair məlumatların olduğunu açıqlayıb. Bu iddia nə qədər qəribə görünsə də, bir reallıq var: onların hər biri tam 1 ay boyunca dinləniliblər, görüşdükləri şəxslər, qarşıladıqları qonaqlar, bir-biriləri ilə dialoqları qeydə alınıb. Beləliklə rüşvətxorluqları ortaya çıxıb və sübut toplanıb.

Qısa müddətdə təkrar taktika

Hələ bir müddət öncə Moskvanın və İrəvandakı “Qarabağ klanı”nın dəstəyi ilə Paşinyana qarşı aksiyalar keçirən, hətta onun yerinə müvəqqəti baş nazir ola biləcəyini açıqlayan Baqrat Qalstanyan da eyni üsulla saxlanıldı. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilindilər və həbs olundular. Bu şəxslərin arasında Erməni Apostol Kiləsinin məşhur qatı müxalif yepiskopu Mixail Ajapaxyan da vardı. Onların da bir ay ərzində diqqətlə dinlənildiyi və qanuna zidd əməllərinin qarşısını almaq məqsədilə həbs olunduqları bildirilirdi. Beləliklə ölkədə Paşinyan hökumətinə qarşı təşkilatlanma həyata keçirmək üçün Moskvanın göndərdiyi bir sıra şəxslər zərərsizləşdirildi.

Türkiyə detalı

Baqratın həbsi ilə bağlı yayılan iddia isə hər şeyi aydınlaşdırdı. Məlumata görə, onun və tərəfdarlarının dinlənilməsini Böyük Britaniyanın kəşfiyyat orqanı olan MI6 həyata keçirib. Qurum nəticədə terror təhlükəsinə görə İrəvana xəbərdarlıq edib. Burada bir məqam var. Paşinyanın hələ cari ilin aprel ayında Estoniyaya səfəri zamanı qaldığı oteldə Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və MI6 direktoru ilə gizli görüş keçirdiyinə dair xəbərlər yayılmışdı. O zaman bu müəmmalı görüşün səbəbi təxmin edilməsə də, Baqratın həbsindən sonra daşlar yerinə oturdu. Bəli, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması prosesi Türkiyə ilə də paralel həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Böyük Britaniya ilə Azərbaycan arasında uzun illərə dayanan və müxtəlif sahələri əhatə edən güclü əməkdaşlıq mövcuddur.

Bir sözlə, bu, Paşinyan ölkə daxilində rusmeyilli və hökumətə təhlükə yarada biləcək ünsürləri kənar dəstək alaraq təmizləməyə çalışdığı mənasına gəlir. Kalın və MI6 direktoru ilə hələ də rəsmi aydınlığın gətirilmədiyi görüş bunu təsdiqləyir.

Digər tərəfdən, Gümrüdəki hadisələrin səhəri, yəni oktyabrın 21-də Türkiyə ilə Ermənistan arasında Gümrü-Qars dəmir yolunun bərpası istiqamətində yaxın zamanda müzakirələrin keçiriləcəyi elan edildi. İrəvanın Ankara ilə münasibətlərin normallaşması üzrə nümayəndəsi Ruben Rubinyan görüşdən sonra təfərrüatların açıqlanacağını bildirdi.

Bir sözlə, Gümrüdə baş verənlər parlament seçkiləri öncəsi “böyük təmizliyin” bir parçasıdır. Qarşıda Ermənistanı daha ciddi hadisələr gözləyir. Baş verənlər İrəvan hökumətinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesinin problemsiz irəliləməsi istiqamətindəki səyləri də hesab oluna bilər. Xüsusilə Gümrü-Qars dəmir yolu ilə bağlı elanın əməliyyatdan dərhal sonra açıqlanması bunu bir daha təsdiqləyir.

Ayşən Mustafa
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri