Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Parlamentinin Səhiyyə Daimi Komitəsinin sədri və hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hripsime Hunanyan komitə sədri vəzifəsindən istefa vermək qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb: "Bu yaxınlarda parlamentdəki bəzi açıqlamalarım bir sıra vətəndaşlarımız tərəfindən tənqid olunub.
Əvvəla, əziz vətəndaşlarımızın qəzəbinə və narazılığına səbəb olan ifadələrimə görə üzr istəyirəm.
Əlbəttə ki, ictimai çıxış siyasi fəaliyyətin ayrılmaz hissəsidir və bəzən şifahi çıxış zamanı edilən səhvlərdən qaçınmaq mümkün deyil.
Hər kəs səhv edə bilər, amma ictimai liderliyi öz üzərinə götürən, hər kəsə nümunə olanlar ilk növbədə səhvlərini etiraf etmək və onları düzəltmək üçün məsuliyyət daşıyırlar.
Məhz bunu nəzərə alaraq Ermənistan Parlamentinin Səhiyyə Daimi Komitəsinin sədri vəzifəmdən istefa vermək qərarına gəldim”.
O, həmçinin qarşıdan gələn parlament seçkiləri üçün “Vətəndaş Müqaviləsi “Partiyasının proporsional siyahısına namizədliyimi geri götürmək qərarına gəlib.