Paşinyanın qalmaqallı deputatı üzr istədi: İstefa verdi
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Parlamentinin Səhiyyə Daimi Komitəsinin sədri və hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hripsime Hunanyan komitə sədri vəzifəsindən istefa vermək qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb:
"Bu yaxınlarda parlamentdəki bəzi açıqlamalarım bir sıra vətəndaşlarımız tərəfindən tənqid olunub. Əvvəla, əziz vətəndaşlarımızın qəzəbinə və narazılığına səbəb olan ifadələrimə görə üzr istəyirəm. Əlbəttə ki, ictimai çıxış siyasi fəaliyyətin ayrılmaz hissəsidir və bəzən şifahi çıxış zamanı edilən səhvlərdən qaçınmaq mümkün deyil.
Hər kəs səhv edə bilər, amma ictimai liderliyi öz üzərinə götürən, hər kəsə nümunə olanlar ilk növbədə səhvlərini etiraf etmək və onları düzəltmək üçün məsuliyyət daşıyırlar.
Məhz bunu nəzərə alaraq Ermənistan Parlamentinin Səhiyyə Daimi Komitəsinin sədri vəzifəmdən istefa vermək qərarına gəldim”.
O, həmçinin qarşıdan gələn parlament seçkiləri üçün “Vətəndaş Müqaviləsi “Partiyasının proporsional siyahısına namizədliyimi geri götürmək qərarına gəlib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:32
Bu xəbər 21 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















