Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Ermənistanın baş naziri Nikol Paşinyan özünün jurnalist keçmişini yada salaraq məqalə
Onun seçdiyi sərlövhə belədir: “Ermənistan və Azərbaycan arasında kommunikasiya kanalları haqqında”.
Bəribaşdan bir məqamı vurğulayaq: Rəsmi İrəvan hazırda tutduğu destruktiv mövqeyində qaldıqca sərlövhənin özündə ehtiva etdiyi anlam Ermənistan üçün yalnız yuxu olacaq.
Elə Nikolun yazdıqları da yuxudur. Əlbəttə, o, sadəlövh deyil, konkret məqsədləri var.
Məqsəd vasitəyə bəraət qazandırır ki, bu barədə sonda söz açacağıq. Hələlik isə mətləbə keçək.
Nikol öhdəliyini danır N.Paşinyan məqaləsində Azərbaycan tərəfinin Ermənistanın kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirməsi üzərində dayanır və bu yanaşmanın, guya, düzgün olmadığını vurğulayır.
Nikol məsələnin Bakı və İrəvan arasında problematik mahiyyət daşıdığını açıqlayaraq yazır ki, “Ermənistanın birtərəfli öhdəliyi yoxdur”.
Onun sözlərindən belə çıxır ki, hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağa mükəlləfdir.