Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan sürətlə silahlandırılır və buna görə də regionda yeni eskalasiya riski var.
Fransadan və Hindistandan alınan hücum silahları ancaq Azərbaycanla müharibə üçün nəzərdə tutulub.
İran ərazisindən daşınan Hindistanın “Akaş” zenit-raket kompleksləri Azərbaycan sərhədinə yaxın ərazilərdə yerləşdirilir.
ABŞ səfərindən sonra baş nazir Nikol Paşinyanın Fransaya getməsi, müdafiə naziri Papikyanın silah sərgilərində iştirak etməsi də, Ermənistanın yeni planlarından xəbər verir.
Özünü “sülh göyərçini” kimi göstərən Paşinyan Ermənistanı silahlandırmaqla regionda sülhü təhdid altına alır.
Silahlanma və sülh biri-biri ilə antoqonistlik təşkil etsə də, Paşinyan təhlükəli oyunundan əl çəkmir.
Yeni məqalələr yazır, özünün “Facebook” səhifəsində fərqli statuslar paylaşır, İrəvanda küçələrdə “xalqın” arasında şou göstərir və bütün bunların hamısı ictimai rəyi çaşdırmağa yönəlib.