Icma.az
close
up
RU
Paşinyanın təhlükəli oyunu və gizli ssenarisi: Bu silahlar Azərbaycana hücum üçündür… KONKRET

Paşinyanın təhlükəli oyunu və gizli ssenarisi: Bu silahlar Azərbaycana hücum üçündür… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan sürətlə silahlandırılır və buna görə də regionda yeni eskalasiya riski var. Fransadan və Hindistandan alınan hücum silahları ancaq Azərbaycanla müharibə üçün nəzərdə tutulub. İran ərazisindən daşınan Hindistanın “Akaş” zenit-raket kompleksləri Azərbaycan sərhədinə yaxın ərazilərdə yerləşdirilir. ABŞ səfərindən sonra baş nazir Nikol Paşinyanın Fransaya getməsi, müdafiə naziri Papikyanın silah sərgilərində iştirak etməsi də, Ermənistanın yeni planlarından xəbər verir. Özünü “sülh göyərçini” kimi göstərən Paşinyan Ermənistanı silahlandırmaqla regionda sülhü təhdid altına alır. Silahlanma və sülh biri-biri ilə antoqonistlik təşkil etsə də, Paşinyan təhlükəli oyunundan əl çəkmir. Yeni məqalələr yazır, özünün “Facebook” səhifəsində fərqli statuslar paylaşır, İrəvanda küçələrdə “xalqın” arasında şou göstərir və bütün bunların hamısı ictimai rəyi çaşdırmağa yönəlib. Sülh gündəliyinə sadiq olduğunu bildirən Paşinyan təxribatçı əməllərini davam etdirir. Əlinə düşən ilk imkanda Azərbaycanı müharibə ritorikasına görə ittiham edir, ölkəmizin əleyhinə bəyanatlar səsləndirir.

Paşinyan növbəti məqalisini də ölkəmizə həsr edib və bildirib ki, Azərbaycanda Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaranır. Paşinyanın məqalədəki mövqeyi aydındır. O, Ermənistanın sürətli hərbiləşdirilməsini məhz Azərbaycandan gözlədiyi “təhlükə” hesabına ört-basdır etmək istəyir. Bu, əslində Paşinyanın növbəti taktikasıdır və onun istifadə etdiyi siyasi düstur çoxdan köhnəlib. Azərbaycanı ittiham edib silahlanmanı sürətləndirmək Ermənistanın sonunu gətirə bilər. Bu məsələyə xarici ekspertlərin də mövqeləri maraqlıdır. İsrailli hərbi ekspert Piter Lukimson bildirib ki, Paşinyan Qarabağdan əl çəksə də, sevimli erməni ritorikasından vaz keçə bilmir:

“Paşinyan havadarlarına siqnal göndərir ki, bizi  təhlükə gözləyir. Məsələ burasındadır ki,  Ermənistan əhalisinin əksəriyyəti revanşist ideyalarla yaşayır. Amma o, öz xalqına çatdırmalıdır ki, reallıqla barışıb Ermənistanı qorumaq daha yaxşı variantdır. Mənə elə gəlir ki, Paşinyan hər ikisindən istifadə edir. Amma bu siyasət xaotik şəkildə aparılır”.

Rusiyalı politoloq Ruslan Aisinin isə hesab edir ki, Paşinyan öz məqaləsində çaşqınlıq yaratmağa çalışır.

“Aydın şəkildə görünür ki, Ermənistan revanşist istəklərindən və Qarabağ üzərində nəzarəti bərpa etmək cəhdlərindən əl çəkmir. Buna görə də Ermənistan hərbləşdirmə yolunu tutur və gücünü artırmağa tələsir. Ermənistanı silahlandıranların regionla bağlı müəyyən planları var. Ermənistanın konkret himayədarları, kuratorları mövcuddur. Onlar Ermənistanı gücləndirməklə müvafiq olaraq, Azərbaycanı zəiflətmək istəyirlər. Buna nail olmaq üçün hər cür üsul və mexanizmlərdən istifadə olunur. Burada diplomatik, iqtisadi rıçaqlara əl atılır. Ermənistan vasitəsilə Bakını əsassız tənqid edən hər cür media, ekspert xidmətləri və platformalar birləşir. Nədənsə bu ekspertlər Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlı əhaliyə qarşı açıq şəkildə qətlə, soyqırıma, talan etməyə çağıran sensasion çıxışına məhəl qoymayıb. Bu mahiyyətcə faşist, nasist bəyanat nədənsə heç kəsi həyəcanlandırmayıb. Bu da təşviş doğurur və insanı düşündürür. Birtərəfli oyun açıq-aşkar Azərbaycanı gözdən salmaq cəhdini göstərir”.

Vəli Həsənov,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri