Pasxadan sonra havalar istiləşəcək? | Icma.az
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsanlar arasında məşhur olan bir deyim var: “Pasxadan sonra hava istiləşəcək”. Deyilənə görə, Pasxa bayramından sonra havalar istiləşir.
Maraqlıdır ki, bu fikir həm xristianlar, həm də müsəlmanlar arasında geniş yayılıb.
Sanki təbiət də Pasxanın gətirdiyi dirçəliş və ümid ruhuna uyğun bir şəkildə dəyişir.
Bəs bu il Pasxa bayramı nə vaxta təsadüf edir və xalq arasında işlənən “Pasxadan sonra havalar istiləşəcək” deyimi nəyi ifadə edir?Bu barədə Moderator.az-a danışan Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev bildirib ki, havaların Pasxadan sonra istiləşməsinin xristian dini və Pasxa bayramının dərin dini və mənəvi mahiyyəti ilə bir başa əlaqəsi yoxdur.
Onun sözlərinə görə, Pasxa, İsa Məsihin Şanlı Dirilməsi bayramı bütün qitələrdə, dünyanın hər yerində, fərqli iqlim şəraitində qeyd edilir:“Əlbəttə ki, buzlu Qrenlandiya adasında, yaxud planetimizin cənubi yarımkürəsində və ya hava şəraiti il boyu dəyişməz qalan ekvatorda Pasxa fəqli iqlim şəraitində qeyd olunur və havaların Pasxadan sonra istiləşməsi və ya ümumiyyıtlə dəyişməsi o ərazilərdə müşahidə olunmur.
Bizim cəmiyyətdə xüsusilə də Bakı əhalisi arasında bu inanc bizim iqlim şəraitimizlə bağlıdır, çünki adətən Pasxa bayramı yaz fəslin ortalarına təsadüf edir və Bakıda bu havaların mülayimləşməsi dövrü ilə üst -üstə düşür.
İnsanlar da təsadüfi uzun illər ərzində müşahidə etdikləri üçün onlarda belə bir fikir formalaşıb”.
Tam oxu
Xəbəri oxu