Icma.az
close
up
RU
Pasxadan sonra havalar istiləşəcək?

Pasxadan sonra havalar istiləşəcək?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanlar arasında məşhur olan bir deyim var: “Pasxadan sonra hava istiləşəcək”. 

Deyilənə görə, Pasxa bayramından sonra havalar istiləşir. Maraqlıdır ki, bu fikir həm xristianlar, həm də müsəlmanlar arasında geniş yayılıb. 

Sanki təbiət də Pasxanın gətirdiyi dirçəliş və ümid ruhuna uyğun bir şəkildə dəyişir. 

Bəs bu il  Pasxa bayramı  nə vaxta təsadüf edir və xalq arasında işlənən “Pasxadan sonra havalar istiləşəcək” deyimi nəyi ifadə edir?

Bu barədə Moderator.az-a danışan Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev  bildirib ki, havaların Pasxadan sonra istiləşməsinin xristian dini və Pasxa bayramının dərin dini və mənəvi mahiyyəti ilə bir başa əlaqəsi yoxdur. 

Onun sözlərinə görə, Pasxa, İsa Məsihin Şanlı Dirilməsi bayramı  bütün qitələrdə, dünyanın hər yerində, fərqli iqlim şəraitində qeyd edilir:

“Əlbəttə ki, buzlu Qrenlandiya adasında, yaxud planetimizin  cənubi yarımkürəsində və ya hava şəraiti il boyu dəyişməz qalan ekvatorda Pasxa fəqli iqlim şəraitində qeyd olunur və havaların Pasxadan sonra istiləşməsi və ya ümumiyyıtlə dəyişməsi o ərazilərdə müşahidə olunmur. Bizim cəmiyyətdə xüsusilə də Bakı əhalisi arasında bu inanc bizim iqlim şəraitimizlə bağlıdır, çünki adətən Pasxa bayramı yaz fəslin ortalarına təsadüf edir və Bakıda bu havaların mülayimləşməsi dövrü ilə üst -üstə düşür. İnsanlar da təsadüfi uzun illər ərzində müşahidə etdikləri üçün onlarda belə bir fikir formalaşıb”. 

Katolik kilsəsinin rəsmisi onu da qeyd edib ki, qlobal iqlim dəyişiklikləri səbəbindən bu “qanunauyğunluq” artıq bizim ərazilərdə əvvəlki kimi müşahidə olunmur:

 “Ona görə də havaların Pasxadan sonra dəyişilməsinə inancın xüsusi bir dini əsası yoxdur. Lakin bir şeyi də nəzərdən qaçırmamalıyıq ki,  dünyanı yaradan Allah öz bəndələri ilə müxtəlif vasitələrlə danışır və təbiətin yaz fəslində yenilənməsi, təravətlənməsi dünyanın istənilən yerində insanın qəlbinə toxunur, insan Yaradana şükranlıqla dolur. Əlbəttə ki, təbiətin qış yuxusundan oyanması,  ağacların quru budaqlarında tər yarpaqların görünməsi sanki bizə Allah tərəfindən bəxş olunan həyatın əbədi olmasına işarə edir, son sözün günah və ölümün deyil, Allaha, Onun məhəbbətinə və əbədi həyata məxsus olacağına işarə edir. Bu isə Pasxa bayramının mənalarına çox yaxındır”.

“Bu il bütün xristian dünyası, o cümlədən Azərbaycanda yaşayan xristianlar - pravoslavlar, katoliklər və protestantlar - Pasxa bayramını bir vaxtda, 20 apreldə qeyd edəcəklər. Fürsətdə istifadə edərək Azərbaycanın bütün xristian bacı və qardaşları və eləcə də bütün xoşməramlı insanları qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik etmək istərdim. Uca Allah hamımıza bahar təravətli ümid bəxş etsin, heç vaxt Allaha, Onun məhəbbətinə və mərhəmətinə imanımızı və ümidimizi itirməyək. Ölkəmizə və xalqımıza sülh və rifah arzulayıram”,- deyə katolik kilsəsinin rəsmisi bildirib.

 \\moderator.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:336
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri