Patoloji təmizkarlıq | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır. Təbii ki, təmizkarlıq çox yaxşı xüsusiyyətdir.
Təmizkar insan hər zaman ətrafdakıların hörmətini qazanır. Lakin bəzən təmizkarlıq ziyanlı ola bilər və ya hər hansı pozulmanın simptomu kim
Söhbət həddən artıq, patoloji təmizkarlıqdan gedir. - Belə patoloji təmizkarlıq ruhi xəstəliyin simptomu ola bilər.
Əgər insan səbəbsiz olaraq gündə 20-30 dəfə əllərini yuyursa, buna səbəb olmadıqda bütün gün ərzində evini yığışdırır, lakin buna baxmayaraq təmiz səliqəli evi çirkli və səliqəsiz görürsə, evin səliqəsini pozan yaxınlarına qarşı təcavüzkarlıq göstərirsə və s., bu psixiki pozulmanın əlaməti ola bilər.
Bu halda insana mütəxəssisin köməyi lazımdır. - Patoloji təmizkarlıq həmçinin insanda olan psixoloji problemlərin simptomu ola bilər.
Bir çox hallarda belə patoloji təmizkarlığa özünə inamı olmayan, tez-tez depressiyalara düşən, digər insanlarla normal ünsiyyət qura bilməyən insanlarda rast gəlinir.
Öz evində ideal şərəit yaradan bu insanlar bu üsulla xarici aləmdən özünü qorumağa çalışır. Belə insanlara psixoloqun köməyi lazımdır.
- İnkişaf etmiş ölkələrdə insanların əksər hissəsi steril şəraitdə yaşayır və işləyir.
Tam oxu
Xəbəri oxu