Icma.az
close
up
RU
Patoloji təmizkarlıq

Patoloji təmizkarlıq

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Təbii ki, təmizkarlıq çox yaxşı xüsusiyyətdir.

Təmizkar insan hər zaman ətrafdakıların hörmətini qazanır. Lakin bəzən təmizkarlıq ziyanlı ola bilər və ya hər hansı pozulmanın simptomu kimi meydana çıxa bilər. Söhbət həddən artıq, patoloji təmizkarlıqdan gedir.

- Belə patoloji təmizkarlıq ruhi xəstəliyin simptomu ola bilər. Əgər insan səbəbsiz olaraq gündə 20-30 dəfə əllərini yuyursa, buna səbəb olmadıqda bütün gün ərzində evini yığışdırır, lakin buna baxmayaraq təmiz səliqəli evi çirkli və səliqəsiz görürsə, evin səliqəsini pozan yaxınlarına qarşı təcavüzkarlıq göstərirsə və s., bu psixiki pozulmanın əlaməti ola bilər. Bu halda insana mütəxəssisin köməyi lazımdır.

- Patoloji təmizkarlıq həmçinin insanda olan psixoloji problemlərin simptomu ola bilər. Bir çox hallarda belə patoloji təmizkarlığa özünə inamı olmayan, tez-tez depressiyalara düşən, digər insanlarla normal ünsiyyət qura bilməyən insanlarda rast gəlinir. Öz evində ideal şərəit yaradan bu insanlar bu üsulla xarici aləmdən özünü qorumağa çalışır. Belə insanlara psixoloqun köməyi lazımdır.

- İnkişaf etmiş ölkələrdə insanların əksər hissəsi steril şəraitdə yaşayır və işləyir. Müasir təmizləyici və yuyucu vasitələr məişətdə olan mikroblarla çox yaxşı mübarizə aparır. İnsanın immun sisteminin daim müxtəlif mikroblarla üzləşməsi çox vacibdir. Bu immun sistemi üçün sanki məşqdir. Belə məşq üçün imkan olmadıqda insanın immun sistemi zəifləməyə başlayır. Nəticədə insan infeksion və soyuqdəymə xəstəliklərinə daha tez-tez tutulur, xəstəliklər daha ağır keçir, sağalma gec baş verir.

- Digər tərəfdən steril məişət şəraiti autoimmun xəstəliklərinin və allergiyaların inkişafına səbəb olur. Mikroblarla mübarizə aparmaq imkanından məhrum olan immun sistemi insanın öz hüceyrələri ilə mübarizə aparmağa başlayır. Nəticədə autoimmun xəstəliklər inkişaf edir. Digər tərəfdən real "düşmənlərlə" (mikroblarla) az rastlaşan immun sistem adi maddələri (yun, tük, bitkilər, qida və s.) orqanizm üçün ziyanlı maddələr kimi qəbul etməyə başlayır və onlara qarşı çox güclü reaksiya verir. Bu allergiyadır. Allergiya müxtəlif formalarda olur - adi asqırmaqdan, zökəmdən başlayarq ölümlə nəticələnə bilən anafilaktik şokun inkişafına kimi.

Belə hesab olunur ki, hal hazırda dünyada yaşayan 20-30% insanlar müxtəlif allergiya  xəstəliklərindən əziyyət çəkir və ildən ilə belə xəstələrin sayı artır. Belə xəstəliklərə inkişaf etmiş ölkələrdə kasıb ölkələrlə müqayisədə daha tez-tez rast gəlinir.

- Müasir yuyucu vasitələrin tərkibində ziyanlı maddələr var - xlor, formaldegid və s. Bu vasitələrlə daim işləyən qadınlarda bronxial astma kimi ağır xəstəliyinin inkişafının riski artmış olur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri