Payız kəndi qışda susuz qalıb Öldür, sonra keç (VİDEO) | Icma.az
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır. Naxçıvanın Babək rayonunun Payız kəndində vətəndaşlar su problemi ilə üzləşiblər.
Onların sözlərinə görə, suyun qarşısı kəsilib, yaxınlıqdakı Cəhri qəsəbəsinə verilir.
Kənd sakinləri həmçinin onların üzərinə ağır təsərrüfat texnikası göndərildiyini də bildiriblər.
Onlar texnikanın qarşısını kəsərək "bizi öldür, sonra keç" deyiblər.
Məsələ ilə bağlı "Regional Su Meliorasiya Xidməti"ndən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb.
"Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir.
Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində dörd saat, Cəhri qəsəbəsi üçün üç gündən bir dörd saat müddətdə verilir.
Təxminən 1 000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil", - deyə açıqlanıb.
Tam oxu
Xəbəri oxu