Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Payız kəndi qışda susuz qalıb Öldür, sonra keç (VİDEO)

Payız kəndi qışda susuz qalıb Öldür, sonra keç (VİDEO)

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanın Babək rayonunun Payız kəndində vətəndaşlar su problemi ilə üzləşiblər. Onların sözlərinə görə, suyun qarşısı kəsilib, yaxınlıqdakı Cəhri qəsəbəsinə verilir. Kənd sakinləri həmçinin onların üzərinə ağır təsərrüfat texnikası göndərildiyini də bildiriblər. Onlar texnikanın qarşısını kəsərək "bizi öldür, sonra keç" deyiblər.

Məsələ ilə bağlı "Regional Su Meliorasiya Xidməti"ndən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb.

"Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində dörd saat, Cəhri qəsəbəsi üçün üç gündən bir dörd saat müddətdə verilir.

Təxminən 1 000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil", - deyə açıqlanıb. 

Bildirilib ki, Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb: "Hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir. Həmçinin ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb.

Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daim nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür".

Qeyd olunub ki, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir: "Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir. Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək".

Ağarza Elçinoğlu



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:443
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri