Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın bir sıra küçə və prospektlərində sahibkarlar tərəfindən səkilərin özəlləşdirilməsi ilə əlaqədar sakinlərin şikayətləri əsasında mediada dəfələrlə xəbərlər dərc edilir.
Müxtəlif vaxtlarda bu sahibkarların səkini zəbt etmə səbəblərinin aradan qaldırılması ilə bağlı məlumatlar da paylaşılır.
Görülən tədbirlərin kifayət etməməsi səbəbilə məsələyə artıq birbaşa Prezident İlham Əliyev bu istiqamətdə zəruri tədbirlərin görülməsi il bağlı tapşırıqlar verib.
Avtosfer.az xəbər verir ki, Bakıda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məqsədilə ölkə başçısı tərəfindən ötən ay verilən sərəncamda Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün addımların atılması ilə bağlı qeydlər də öz yerini tapıb.
Məsələ çərçivəsində hansı işlərin görülməsinin planlaşdırılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərdik.
İcra hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov sorğumuza cavab olaraq bildirdi ki, piyada səkiləri şəhər infrastrukturunun ayrılmaz hissəsidir.
Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur: “Bakı Şəhər İcra Hakimiyyətində piyada səkilərinin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır.