Icma.az
close
up
RU
Paytaxt ərazisində bu obyektlər söküləcək İCRA HAKİMİYYƏTİNDƏN SAHİBKARLARA XƏBƏRDARLIQ

Paytaxt ərazisində bu obyektlər söküləcək İCRA HAKİMİYYƏTİNDƏN SAHİBKARLARA XƏBƏRDARLIQ

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın bir sıra küçə və prospektlərində sahibkarlar tərəfindən səkilərin özəlləşdirilməsi ilə əlaqədar sakinlərin şikayətləri əsasında mediada dəfələrlə xəbərlər dərc edilir. Müxtəlif vaxtlarda bu sahibkarların səkini zəbt etmə səbəblərinin aradan qaldırılması ilə bağlı məlumatlar da paylaşılır. Görülən tədbirlərin kifayət etməməsi səbəbilə məsələyə artıq birbaşa Prezident İlham Əliyev bu istiqamətdə zəruri tədbirlərin görülməsi il bağlı tapşırıqlar verib.

Avtosfer.az xəbər verir ki, Bakıda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məqsədilə ölkə başçısı tərəfindən ötən ay verilən sərəncamda Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi

məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi

hallarının qarşısının alınması üçün addımların atılması ilə bağlı qeydlər də öz yerini tapıb. Məsələ çərçivəsində hansı işlərin görülməsinin planlaşdırılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərdik.

İcra hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov sorğumuza cavab olaraq bildirdi ki, piyada səkiləri şəhər infrastrukturunun ayrılmaz hissəsidir. Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur:

“Bakı Şəhər İcra Hakimiyyətində piyada səkilərinin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır. Fiziki məhdudiyyətləri olan şəxslər, uşaq arabaları üçün müəssər səkilər salınır, bəzi yerlərdə isə maneələr aradan qaldırılır. Həmçinin mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulub.

Son yeniliklərdən biri yeni piyada səkilərinin salınması zamanı asfalt və sürüşkən səthlərdən imtina edilməsi olub. Bakı iqlimini nəzərə alaraq bu addım sərnişinlərin təhlükəsizliyinə hesablanıb. Yeni səkilər xüsusi ekoloji təmiz daşlarla örtülür ki, bu da həm ətraf mühitin qorunması baxımından əlverişli, həm də daha dayanıqlı bir həll hesab olunur.

Bununla yanaşı, nəzərə alınmalı digər bir məqam da var: piyada səkilərinin genişləndirilməsi və yenilənməsi zamanı sahibkarlıq subyektlərinin hüquqları qorunmalıdır. Şəhər inkişafı və vətəndaşların rahatlığı arasında balansın qorunması əsas prioritetlərdən biridir”.

Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq qeyd edildi ki, tikintiyə icazə icraatı çərçivəsində qurum tərəfindən ərazi planlaşdırma sənədlərinin baxılması və təhlili, eləcə də şəhərsalma nəzarəti çərçivəsində ictimai ərazilərin, o cümlədən onların ayrılmaz hissəsi olan səkilərin qorunması mühüm əhəmiyyət kəsb edən istiqamətlərdəndir.

“Bu kontekstdə ictimai ərazilərin sakinlər üçün əlçatanlığının artırılması, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bununla yanaşı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən nəzərdə tutulmuş məsələlərin icrası istiqamətində aidiyyəti qurumlarla koordinasiyalı işlərin görülməsi nəzərdə tutulur”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri