Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə gün əvvəl “Tottenhem”dən qovulan Angelos Postekoğlunun xələfi müəyyənləşib.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, London klubu baş məşqçi vəzifəsinə “Brentford”un çalışdırıcısı Tomas Frankı təyin edəcək.
"Football-plus.az" xəbər verir ki, “Brentford” 12 milyon avro müqabilində Frankı sərbəst buraxmağa razılaşıb. Yaxın günlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.
Xatırladaq ki, “Tottenhem” Postekoğlu ilə yolları iyunun 6-da ayırıb. Komanda son mövsüm onun rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Bu, İngiltərə klubunun 2008-ci ildən sonra qazandığı ilk kubokdu.