Paytaxt klubuna təyinat alacaq
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə gün əvvəl “Tottenhem”dən qovulan Angelos Postekoğlunun xələfi müəyyənləşib.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, London klubu baş məşqçi vəzifəsinə “Brentford”un çalışdırıcısı Tomas Frankı təyin edəcək.
"Football-plus.az" xəbər verir ki, “Brentford” 12 milyon avro müqabilində Frankı sərbəst buraxmağa razılaşıb. Yaxın günlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.
Xatırladaq ki, “Tottenhem” Postekoğlu ilə yolları iyunun 6-da ayırıb. Komanda son mövsüm onun rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Bu, İngiltərə klubunun 2008-ci ildən sonra qazandığı ilk kubokdu.

Paytaxt klubuna yollanır
05 İyul 2025 05:56
Paytaxt klubuna lazım olmadılar
03 İyun 2025 20:01
Qəbələ paytaxt klubuna qarşı YENİLƏNİR
30 Yanvar 2025 14:45
Bölgə təmsilçisinin futbolçusu paytaxt klubuna keçir?
07 May 2025 11:21
Paytaxt klubu hansı qapıçını alacaq?
03 Yanvar 2025 13:41

