Paytaxtda tozlu hava nə vaxtadək davam edəcək? RƏSMİ AÇIQLAMA

22.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı hazırda normadan 1.2-1.3 dəfə artıqdır.
 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.


Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью