Paytaxtda tozlu hava nə vaxtadək davam edəcək? RƏSMİ AÇIQLAMA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı hazırda normadan 1.2-1.3 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Yağıntılı hava nə vaxtadək davam edəcək? RƏSMİ AÇIQLAMA
31 Avqust 2026 14:28
Paytaxtda zəlzələ OLDU? Rəsmi AÇIQLAMA
13 Mart 2025 13:23
Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? RƏSMİ AÇIQLAMA
05 Noyabr 2024 10:16
Xəzərin səviyyəsinin enməsi nə vaxtadək davam edəcək? Rəsmi AÇIQLAMA
15 Oktyabr 2025 10:03
Paytaxtda yol xətlənməsi sual yaratdı RƏSMİ AÇIQLAMA VİDEO
18 Aprel 2026 18:10
Baxış sayı:58
Bu xəbər 22 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















