Paytaxtda yolu bağlayıb, çadırlar qurublar | Icma.az
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Qonşu Gürcüstanda seçki gərginliyi hökm sürür.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyən və hakim Gürcü Arzusu Partiyasının qalib gəldiyi müxalifət, Tbilisidə küçələrin birində çadır qurub və orada nəqliyyatın hərəkətini kəsib.
Seçkilərin saxtalaşdırıldığını iddia edən nümayişçilər yeni seçkilərin keçirilməsini tələb ediblər.
Nümayişçilər əllərində “Səsləri geri al” yazılmış plakatlar qaldırıblar.
Parlament qarşısında nümayiş davam edərkən müxalifətin “Dəyişiklik Koalisiyası” seçki blokunun liderləri və tərəfdarları Tbilisinin İlya Çavçavadze küçəsini bağlayıblar.
Müxalifət liderləri bu küçədə çadırlar quraraq 24 saat burada qalacaqlarını açıqlayıblar.
“Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Nika Qvaramiya buradakı çıxışında Tiflisin müxtəlif nöqtələrini bu şəkildə bağlayaraq sülh üsulları ilə nümayiş etdirməyə davam edəcəklərini bildirib.
Polis bağlı küçədə təhlükəsizlik tədbirləri görüb. Qeyd edək ki, oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu
Tam oxu
Xəbəri oxu