Icma.az
close
up
RU

Paytaxtda yolu bağlayıb, çadırlar qurublar

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qonşu Gürcüstanda seçki gərginliyi hökm sürür.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyən və hakim Gürcü Arzusu Partiyasının qalib gəldiyi müxalifət, Tbilisidə küçələrin birində çadır qurub və orada nəqliyyatın hərəkətini kəsib.

Seçkilərin saxtalaşdırıldığını iddia edən nümayişçilər yeni seçkilərin keçirilməsini tələb ediblər.

Nümayişçilər əllərində “Səsləri geri al” yazılmış plakatlar qaldırıblar.

Parlament qarşısında nümayiş davam edərkən müxalifətin “Dəyişiklik Koalisiyası” seçki blokunun liderləri və tərəfdarları Tbilisinin İlya Çavçavadze küçəsini bağlayıblar.

Müxalifət liderləri bu küçədə çadırlar quraraq 24 saat burada qalacaqlarını açıqlayıblar.

“Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Nika Qvaramiya buradakı çıxışında Tiflisin müxtəlif nöqtələrini bu şəkildə bağlayaraq sülh üsulları ilə nümayiş etdirməyə davam edəcəklərini bildirib.

Polis bağlı küçədə təhlükəsizlik tədbirləri görüb.

Qeyd edək ki, oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası qalib gəlib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının dünən dərc etdiyi “seçkilərin yekun protokolu”na əsasən, seçkilərdə 53,93 faiz səs toplayan “Gürcü Arzusu” Partiyası 150 yerlik parlamentdə 89 deputatla təmsil olunacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili ilə seçki baryerini keçən müxalifət partiyaları saxtakarlıq olduğunu iddia edərək nəticələri tanımayıb.

Baş nazir İrakli Kobaxidze seçkilərin rəqabətli və şəffaf mühitdə demokratik keçirildiyini, seçkiləri tanımayanların “ölkədə qeyri-sabitlik yaratmağa çalışdıqlarını” bəyan edib.

Kobaxidze müxalifətin etirazlarına baxmayaraq, yeni parlamentin noyabrın 25-də toplanacağını bəyan edib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri