Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən illə müqayisədə bu il Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb.
Azərbaycan Qiymətləndiricilər Palatasından verilən məlumata görə, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17 faiz yüksəlib.
Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7 mini ötüb: "Təklif portfelində həm yeni tikililərdəki mənzillər, həm də köhnə tikililərdəki mənzillər yer alır.
Bununla belə, struktur cəhətdən bəzi dəyişikliklər müşahidə edilib - məsələn, köhnə binalardakı mənzillərin payının bir qədər yüksəldiyi müşahidə olunur ki, bu da 1970-ci ildən əvvəl tikilmiş mənzillərə ipoteka məhdudiyyətlərinin tətbiqi səbəbindən alıcı marağının azalması ilə izah olunur.
Yeni tikililər üzrə təklif həcmi isə bazara davamlı olaraq yeni layihələr çıxarıldığı üçün yüksək olaraq qalır.
Aylıq dinamika baxımından, 2025-ci ilin martından aprel ayına qədər təklif həcmi böyük dəyişiklik göstərməyib - yəni bazarda durğunluqdan sonra aktivlik tədricən artsa da, son aylıq artım cüzi olub.
İllik müqayisədə isə təklif sayında ciddi yüksəliş qeydə alınıb.