Pediatrdan xəbərdarlıq: O cür öskürən uşaq xəstəxanada yatmalıdır | Icma.az
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar uşaqlar arasında öskürək, ürəkbulanma, qızdırma halları çox artıb.
Hətta uşaq müalicə olunsa belə, xəstəlik tamamilə sağalmır, mütəmadi olaraq təkrarlanır.
Uşaqlarda daimi burun axması, öskürək müşahidə olunur. Bu isə təbii ki, valideynlərdə narahatlıq yaradır, onları təşvişə düşürür.
Bəs nə üçün xəstəlik bu qədər uzun sürür və bunun uşağın səhhəti üçün hansısa təhlükəsi varmı?
Keçib getmək bilməyən xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?
Ailem.az pediatr Günay Rəsulovanın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.
Həkim deyir ki, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri göy öskürək və ya göy öskürəyə bənzər sindromlardır: Yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklər çox yayılıb.
Tam oxu
Xəbəri oxu