Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Pediatrdan xəbərdarlıq: O cür öskürən uşaq xəstəxanada yatmalıdır

Pediatrdan xəbərdarlıq: O cür öskürən uşaq xəstəxanada yatmalıdır

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar uşaqlar arasında öskürək, ürəkbulanma, qızdırma halları çox artıb.

Hətta uşaq müalicə olunsa belə, xəstəlik tamamilə sağalmır, mütəmadi olaraq təkrarlanır. Uşaqlarda daimi burun axması, öskürək müşahidə olunur. Bu isə təbii ki, valideynlərdə narahatlıq yaradır, onları təşvişə düşürür. Bəs nə üçün xəstəlik bu qədər uzun sürür və bunun uşağın səhhəti üçün hansısa təhlükəsi varmı? Keçib getmək bilməyən xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır? Ailem.az pediatr Günay Rəsulovanın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri göy öskürək və ya göy öskürəyə bənzər sindromlardır: Yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklər çox yayılıb. Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə aldıqlarını, lakin effekt görmədiklərini deyirlər. İlk cümlələri də "ən yaxşı həkimlər baxıb, amma sağalda bilməyiblər" olur. Məsələ orasındadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Aparılan müalicələrə baxmayaraq, xəstəlik öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir”.

Pediatr qeyd edir ki, belə uşaqlar mütləq həkim nəzarətində olmalı, körpələrə isə stasionar nəzarət də lazım gələ bilər. Valideynlər isə bu durumda mümkün olduqca təmkinli olmalıdır. Bununla yanaşı xəstəlikdən qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır: "Həkim uşağı müayinə edib xəstəxanada yatmağa göstəriş verirsə, valideynin təşviş və ürəyində şübhə dolu baxışlarla ilk sualı bu olur - yatmadan müalicə olmazmı?. Elə hallar var ki, evdə müalicə olmaz. Bəs hansı halda uşaq mütləq xəstəxanada yataraq müalicə almalıdır, evdə yox? Əgər öskürən uşaqda pnevmoniya - ağciyərlərin iltihabı həm klinik, həm də obyektiv müayinə-rentgen ilə təsdiqlənmişsə və bəzi kriterlərə uyğundursa, uşaq müalicəni yataraq almalıdır”.

Həkim aşağıdakı hallarda öskürən uşağın xəstəxanada yatmasının vacibliyini vurğulayır:
- Uşaq 2 aydan balacadırsa və pnevmoniyası varsa, mütləq yatızdırılmalıdır.
2 aydan yuxarı yaşı olan uşaqlar isə aşağıdakı hallarda yatızdırılmalıdır:
- Nəfəs almaqda çətinlik çəkirsə
- Taxipnoe varsa (südəmər uşaqda tənəffüs sayı dəqiqədə 70-dən çoxdursa, böyük uşaq dəqiqədə 50-dən çoxdursa)
- Hipoksemiyası varsa (SpO2 92% aşağıdırsa)
- Şüur pozğunluğu varsa
- Uşaq ağızdan qidalana bilmirsə
- Uşaqda yanaşı olaraq susuzlaşma, önəmli miqdarda qusma varsa
- Uşaqda toksik görünüm varsa
- İçmə antibiotiklərlə effekt alınmamışsa, evə yazılmış müalicədən effekt alınmamışsa
- Ağciyər qrafisində ağciyərin 1 neçə payında iltihab varsa, geniş atelektaz, abses, pnevmotosel, plevrada maye varsa
- Sürətli radioloji pisləşmə varsa
- Müalicə uyumsuzluğu (Ana-atanın müalicəyə uymaması)
- Sosial göstəriş (Ailənin evdə uşağa baxma şəraitinin yetərsiz olması)

G.Rəsulova deyir ki, yuxarıda sadalanan hallar xaric, öskürən uşaq evdə müalicə edilə bilər: "Amma bir məqamı unutmaq olmaz – uşaq mütləq evdə olmalıdır, bağçada yox. Resept və dərmanlarla müalicə alan uşaqları bağçalara göndərməyin. Bu, uşağın ağırlaşma ehtimalını daha çox artırır”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri