Pedofilləri belə aşkarlamaq olar Psixoloqdan mühüm açıqlama | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Bakıda hazırlığa apardığı məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü ilə bağlı xəbər ictimaiyyətdə narahatlığa səbəb olub.
Bildirilir ki, son zamanlarda ölkədə azyaşlı evliliyi və uşaqlara qarşı cinsi zorakılıq halları da çox müşahidə edilir.
Bu, pedofil şəxslərin artması mənasına gəlir. Pedofil şəxsləri cəmiyyətdə necə fərqləndirmək olar?
Bir şəxsin pedofil olduğu hər hansı əmələ yol vermədən öncə hansı əlamətlərlə bilinir?
Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, pedofil insanları cəmiyyətdə müəyyən əlamətlərə görə fərqləndirmək mümkündür: “Onlar adətən özlərindən xeyli kiçik, 13-15 yaş fərqi olan uşaqlara cinsi meyl göstərən, böyüklərlə normal ünsiyyət qura bilməyən şəxslərdir.
Öz daxili boşluqlarını uşaqlarla əlaqə qurmaqla doldurmağa meylli olurlar.
Belə insanlar çox vaxt uşaqlıqda travma, alçaldılma və sevgi çatışmazlığı yaşayırlar.
Tam oxu
Xəbəri oxu