Icma.az
close
up
RU
Pedofilləri belə aşkarlamaq olar Psixoloqdan mühüm açıqlama

Pedofilləri belə aşkarlamaq olar Psixoloqdan mühüm açıqlama

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda hazırlığa apardığı məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü ilə bağlı xəbər ictimaiyyətdə narahatlığa səbəb olub. Bildirilir ki, son zamanlarda ölkədə azyaşlı evliliyi və uşaqlara qarşı cinsi zorakılıq halları da çox müşahidə edilir. Bu, pedofil şəxslərin artması mənasına gəlir.

Pedofil şəxsləri cəmiyyətdə necə fərqləndirmək olar? Bir şəxsin pedofil olduğu hər hansı əmələ yol vermədən öncə hansı əlamətlərlə bilinir?

Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, pedofil insanları cəmiyyətdə müəyyən əlamətlərə görə fərqləndirmək mümkündür:

“Onlar adətən özlərindən xeyli kiçik, 13-15 yaş fərqi olan uşaqlara cinsi meyl göstərən, böyüklərlə normal ünsiyyət qura bilməyən şəxslərdir. Öz daxili boşluqlarını uşaqlarla əlaqə qurmaqla doldurmağa meylli olurlar. Belə insanlar çox vaxt uşaqlıqda travma, alçaldılma və sevgi çatışmazlığı yaşayırlar. Uşaqların etibarını qazanmaq üçün onlara hədiyyələr verir, maraq dairələrinə uyğun diqqət göstərir və özlərini sanki dost kimi təqdim edirlər. Bu şəkildə azyaşlını tədricən manipulyasiya edərək emosional və davranış yönümlü təsir altına salmağa çalışırlar”.

Gülnar Orucova

Psixoloq bildirib ki, valideynlər övladlarını bu cür insanlardan qorumaq üçün daha diqqətli olmalıdırlar:

“Uşaqların təhlükəsizliyinin təmin olunması üçün məktəb rəhbərliyi xüsusi nəqliyyat servisləri təşkil etməli, sürücülər və digər işçilər mütləq psixoloji testdən keçməlidirlər. Çünki bəzi hallarda psixoloji problemi olan şəxslərdə pedofil meyillər sonradan üzə çıxır. Uşaq eyni şəxsdən davamlı olaraq hədiyyə alırsa, valideyn mütləq buna diqqət etməlidir”.

Mütəxəssis qeyd edib ki, pedofillik psixi pozuntudur və hər zaman cinayətlə nəticələnməsə də, potensial təhlükə yaradır:

“Buna görə də valideynlər övladlarına bədən sərhədləri, şəxsi toxunulmazlıq və cinsi təhlükəsizlik barədə məlumat verməlidirlər. “Bu mənim bədənimdir, toxunmaq olmaz” kimi mesajlar uşaqlara aydın izah edilməlidir. Uşaqlar kimlərin onları qucaqlaya, öpə və ya toxuna biləcəyini bilməlidirlər. Ən vacibi isə valideynlə uşaq arasında elə etibarlı münasibət qurulmalıdır ki, azyaşlı başına gələn hər hansı xoşagəlməz hadisəni çəkinmədən ona danışa bilsin”.

Qeyd edək ki, oktyabrın 20-də Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri