“Pekindəki hərbi nümayiş beynəlxalq münasibətlərdə yeni düzənə işarədir” | Icma.az
Icma.az bildirir, Redaktor.az portalına istinadən. "Pekində İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə və Yaponiyaya qarşı Çin Xalq Mü
Keçirilən mərasim həm də yeni geosiyasi münasibətlərin formalaşdığını nümayiş etdirən simvolik platforma idi".
Bu fikirləri Redaktor.az-a Çin paradından bəhs edən politoloq Qəvami Sadıqbəyli bildirdi.
Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə keçirilən bu hərbi nümayiş bir neçə strateji mesajı ehtiva edir: "Çin özünün regional və qlobal liderlik iddiasını möhkəmləndirir.
Çin Qərbin Rusiyanı təcrid etmək cəhdlərini qismən yumşaldır. Pekin Pxenyan üzərindəki təsir gücünü nümayiş etdirir.
Rusiya üçün bu parad Ukrayna müharibəsi fonunda beynəlxalq dəstək axtarışının bir hissəsini təşkil edir.
Paradda iştirak etmək Şimali Koreyaya uzun illər izolasiya şəraitindən sonra beynəlxalq arenaya qayıdış imkanı yaradır.
Ümumilikdə isə Çin, Rusiya və Şimali Koreya liderlərinin eyni tribunada görünməsi simvolik birlikdən kənara çıxaraq hərbi-texniki əməkdaşlıq, enerji resurslarının mübadiləsi və qarşılıqlı siyasi dəstəklə müşayiət olunur.
Tam oxu
Xəbəri oxu