Icma.az
close
up
RU
“Pekindəki hərbi nümayiş beynəlxalq münasibətlərdə yeni düzənə işarədir”

“Pekindəki hərbi nümayiş beynəlxalq münasibətlərdə yeni düzənə işarədir”

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Pekində İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə və Yaponiyaya qarşı Çin Xalq Müqavimət Müharibəsinə həsr olunmuş parad təkcə yubiley xarakteri daşımır. Keçirilən mərasim həm də yeni geosiyasi münasibətlərin formalaşdığını nümayiş etdirən simvolik platforma idi".

Bu fikirləri Redaktor.az-a Çin paradından bəhs edən politoloq Qəvami Sadıqbəyli bildirdi. Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə keçirilən bu hərbi nümayiş bir neçə strateji mesajı ehtiva edir:

"Çin özünün regional və qlobal liderlik iddiasını möhkəmləndirir. Çin Qərbin Rusiyanı təcrid etmək cəhdlərini qismən yumşaldır. Pekin Pxenyan üzərindəki təsir gücünü nümayiş etdirir. Rusiya üçün bu parad Ukrayna müharibəsi fonunda beynəlxalq dəstək axtarışının bir hissəsini təşkil edir. Paradda iştirak etmək Şimali Koreyaya uzun illər izolasiya şəraitindən sonra beynəlxalq arenaya qayıdış imkanı yaradır. Ümumilikdə isə Çin, Rusiya və Şimali Koreya liderlərinin eyni tribunada görünməsi simvolik birlikdən kənara çıxaraq hərbi-texniki əməkdaşlıq, enerji resurslarının mübadiləsi və qarşılıqlı siyasi dəstəklə müşayiət olunur. Əgər gələcəkdə bu ittifaqa İran da qoşularsa, Yaxın və Uzaq Şərqi əhatə edən tamamilə yeni geosiyasi reallıq formalaşa bilər".

Politoloq əlavə etdi ki, Pekində keçirilən parad fonunda belə fikir formalaşır ki, hazırda qlobal siyasətdə vahid dominant qüvvə yoxdur:

"Dünya çoxqütblü mərhələyə qədəm qoyub. ABŞ və Avropa ittifaqının rəqiblərinə qarşı yönəltdiyi təcrid siyasəti istənilən nəticəni vermir. Əksinə, təzyiq olunan dövlətlər bir-birilə daha sıx əməkdaşlıq quraraq alternativ mərkəz yaradırlar. Bu reallıq yeni soyuq müharibə dövrünün cizgilərini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan kimi dövlətlər üçün əsas məsələ balanslı siyasəti qorumaqdır. Ölkəmiz həm Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaşdır, həm də nəhəng Rusiya ilə qonşudur. Digər tərəfdən, Azərbaycan Çinin "Bir Kəmər – Bir Yol" layihəsində əsas tranzit qapılarından biridir. Coğrafi mövqeyi Azərbaycanın geosiyasi dəyərini artırır, amma eyni zamanda risklərini də çoxaldır.

İndiki şəraitdə rəsmi Bakının aşağıdakı addımları atması daha faydalı ola bilər:

Bütün tərəflərlə balanslı siyasəti davam etdirmək.

Qərb, Rusiya və Çin arasında tərəflərdən heç birinin orbitinə daxil olmadan müstəqil manevr imkanlarını qorumaq.

Avropa ilə etibarlı enerji tədarükçüsü statusunu möhkəmləndirməklə yanaşı Asiya bazarlarına çıxış imkanlarını genişləndirmək.

Çin, Orta Asiya və Avropa ilə əlaqələrdə Azərbaycanı sadəcə tranzit ölkə deyil, həm də logistika və texnologiya mərkəzinə çevirmək.

Ermənistanla münasibətlərin normallaşdırılmasına və Cənubi Qafqazda sabitliyin təmin olunmasına çalışmaq. Moskva ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığını davam etdirməklə yanaşı strateji balansı qorumaq".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri