Pensiya alan partiya sədrləri Kim razıdır, kim narazı... | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Modern.az-a son açıqlaması siyasətçilərin pensiya məsələsini gündəm edib.
Pensiya almadığını iddia edən və buna görə müvafiq dövlət qurumlarını günahlandıran 68 yaşlı partiya sədrinə rəsmi cavab çox gecikməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu Hafiz Hacıyevin açıqlamasına elə dünən cavab verib.
Fond bəyan edib ki, Hafiz Ələmdar oğlu Hacıyevin pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
"Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və pensiya ödənişlərində hər hansı bir problem olmayıb.
Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb", - açıqlamada deyilir.Bununla da Dövlət Sosial Müdafiə Fondu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “pensiya almıram” iddiasını yalan olduğunu sübut edib.Bəs Hafiz Hacıyevdən başqa hansı partiya sədrləri pensiya alırlar?Modern.az saytı bununla bağlı məlumatları araşdırmağa çalışıb.Qeyd edək ki, 1 iyul 2020-ci il tarixindən etibarən Azərbaycanda kişilər üçün pensiya yaşı 65-dir.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır”.Azərbaycanda minimum əmək pensiyası 2025-ci il yanvarın 1-dən 320 manata çatdırılıb.
Əmək pensiyası almaq hüququ olmayan 65 yaşlı şəxslərə 220 manat məbləğində sosial müavinət təyin edilir.Ölkədəki partiya sədrlərinin bir çoxu pensiya yaşındadırlar.Müsavat Partiyasının başqanı İsa Qəmbər 2022-ci il fevralın 24-də 65 yaşına çatıb.
Tam oxu
Xəbəri oxu