Icma.az
close
up
RU
Pensiya alan partiya sədrləri Kim razıdır, kim narazı...

Pensiya alan partiya sədrləri Kim razıdır, kim narazı...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Modern.az-a son açıqlaması siyasətçilərin pensiya məsələsini gündəm edib. Pensiya almadığını iddia edən və buna görə müvafiq dövlət qurumlarını günahlandıran 68 yaşlı partiya sədrinə rəsmi cavab çox gecikməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu Hafiz Hacıyevin açıqlamasına elə dünən cavab verib. Fond bəyan edib ki, Hafiz Ələmdar oğlu Hacıyevin pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

"Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və pensiya ödənişlərində hər hansı bir problem olmayıb. Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb", - açıqlamada deyilir.
Bununla da Dövlət Sosial Müdafiə Fondu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “pensiya almıram” iddiasını yalan olduğunu sübut edib.
Bəs Hafiz Hacıyevdən başqa hansı partiya sədrləri pensiya alırlar?
Modern.az saytı bununla bağlı məlumatları araşdırmağa çalışıb.
Qeyd edək ki, 1 iyul 2020-ci il tarixindən etibarən Azərbaycanda kişilər üçün pensiya yaşı 65-dir.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır”.
Azərbaycanda minimum əmək pensiyası 2025-ci il yanvarın 1-dən 320 manata çatdırılıb.

Əmək pensiyası almaq hüququ olmayan 65 yaşlı şəxslərə 220 manat məbləğində sosial müavinət təyin edilir.
Ölkədəki partiya sədrlərinin bir çoxu pensiya yaşındadırlar.
Müsavat Partiyasının başqanı İsa Qəmbər 2022-ci il fevralın 24-də 65 yaşına çatıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər 1990-1995-ci illərdə keçmiş Ali Sovetin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
Amma İsa Qəmbər heç minimum pensiya da almır. Ona yaşa görə görə sosal müavinət təyin edilib ki, bu da hazırda 220 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2025-ci ildən 46080 manat olub) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib. Ona görə də ona 220 manat sosial müavinət təyin edilib. İsa Qəmbər isə bu əsaslandırmanə ədalətsizlik sayaraq, ona ayrılan sosial müavinəti almaqdan imtina edib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 71 yaşındadır. 1954-cü il təvəllüdlü ADP sədri minimum pensiya alır. S.Cəlaloğlu da ona təyin edilən pensiyanın məbləğindən narazıdır.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahud Mirəlioğlu pensiya yaşlı siyasətçilərdəndir. 1956-cı il təvəllüdlü Mirmahmud ağanın 69 yaşı var. O, bir müddət öncə Modern.az-a açıqlamasında adi pensiya aldığını qeyd etmişdi. M.Mirəlioğlunun sözlərinə görə, cəmiyyətin pensiya yaşına çatmış bütün üzvlərinin pensiyaları onları təmin etməlidir.

Ana Vətən Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı da pensiyaçıdır, onun 78 yaşı var. Amma digər partiya sədrlərindən fərqli olaraq Fəzail Ağamalı yüksək pensiya alır. Bu da onun üzün illər deputat olmasıyla əlaqədardır. Belə ki, F.Ağamalıya hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir. F.Ağamalı sosial təminat nazirinin müavini (1992–1993), əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994) işləyib, Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı da deputat pensiyası alır. 79 yaşlı S.Rüstəmxanlı Milli Məclisin I, II, III, IV və VI çağırış deputatı olub. Ona da hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir. 
Ədalət Partiyasının sədri İlyas İsmayılov yüksək pensiya alan siyasətçilərdəndir. Bu da onun vaxtilə yüksək vəzifələrdə işləməsi və sabiq deputat olması ilə əlaqədardı. 87 yaşlı İlyas İsmayılov 1992-1995-ci illərdə Azərbaycanın ədliyyə naziri işləyib. Milli Məclisin III (2005-2010) və IV (2010-2015) çağırışının deputatı olub.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 68 yaşı var (1957-ci il təvəllüdlü) və pensiyaya çıxıb. O, keçmiş deputat kimi hazırda fəaliyyətdə olan parlamentarların maaşının 80%-i həcmində pensiya alır. Pənah Hüseyn Azərbaycan Milli Məclisinin III çağırışının (2005-2010) deputatı olub.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə də təqaüd yaşına çoxdan çatıb. 1953-cü il təvəllüdlü A.Mollazadənin 72 yaşı var. Asim Mollazadəyə deputat kimi yüksək maaşla yanaşı, həm də əmək haqqının 55 faizi qədər pensiya verilir.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov da çoxdan pensiyaya çıxıb. 79 yaşlı siyasətçi yüksək pensiya alır. O, 1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri, 1995-2000-ci illərdə I çağırış Milli Məclisin deputatı olub.
Azad Vətən Partiyasının sədri Akif Nağı 68 yaşındadır və pensiya alır.
Vəhdət Partiyasının sədri, sabiq deputat Tahir Kərimli 1956-cı il təvəllüdlüdür. 69 yaşlı Tahir Kərimli deputat pensiyası alır. O, 1992–1993-cü illərdə Ali Məhkəməsinin sədri işləyib. T.Kərimli Milli Məclisin V və VI çağırış deputatı olub. Ona hazırda fəaliyyətdə olan deputatın əmək haqqının 80 faizi qədər pensiya verilir ki, bu da Azərbaycan reallığı üçün yüksək pensiya sayılır.

Yeni Azərbaycan Partiyası (İlham Əliyev), Azərbaycan Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Ağ Partiya (Tural Abbaslı), Ümid Partiyası (İqbal Ağazadə), Azərbaycan Demokratik Maarifçilik Partiyası (Elşən Musayev), Azərbaycan Xalq Cəbhəsi Partiyası (Əli Kərimli), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Ədalət, Hüquq, Demokratiya Partiyası (Qüdrət Həsənquliyev), Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev), Yeni Zaman Partiyası (Musa Ağayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Respublikaçı Alternativ Partiyası (Natiq Cəfərli) və Gələcək Azərbaycan Partiyasının (Ağasif Şakiroğlu) sədrləri isə hələ 65 yaşa çatmayıblar, pensiyaçı deyillər.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri