Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. Azərbaycanda hər bir işçinin və sahibkarın sosial sığorta ödənişləri fərdi hesabda toplanara
İnsan illərlə çalışır, maaşından sığorta haqları tutulur və bu vəsait dövlət fonduna köçürülür.
Amma maraqlı bir məqam ortaya çıxır: əgər həmin şəxs pensiya yaşına çatmadan dünyasını dəyişərsə, toplanan vəsaitin taleyi necə olur?
Bəziləri düşünür ki, bu pullar sadəcə “sistemdə itir”, digərləri isə hesab edir ki, vəsait ailə üzvlərinə ötürülməlidir.
Lakin qanunvericilikdə bununla bağlı konkret hansı mexanizmlər mövcuddur?
Məsələn, vəfat edən şəxsin yığdığı kapital uşaqlarına və ya həyat yoldaşına ötürülə bilərmi, yoxsa yalnız müəyyən hallarda nəzərdə tutulur?
Məsələ ilə bağlı əmək məsələləri üzrə mütəxəssis Sahib Məmmədov Avtosfer.az-a müsahibəsində bildirib ki, əmək pensiyaları haqqında qanuna görə yığım fərdi xarakter daşıyır, lakin həmin vəsaitin xərclənməsi həmrəylik prinsipi əsasında həyata keçirilir: “Yəni, hər kəsin fərdi yığımı mövcuddur.
Lakin elə şəxslər var ki, tələb olunan məbləği toplaya bilmədiklərindən onlara əmək pensiyası təyin olunmur, bunun əvəzinə yaşa görə müavinət alırlar.