Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıvaxtı.az-ın “Düzünü desək” rubrikasının budəfəki qonağı iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdur.Professorla söhbəti təqdim edirik.- Son günlər Azərbaycanın milli valyutası-manatın dollar qarşısında dəyər itirəcəyinə dair iddialar dolaşır.
Sizcə, doğru yanaşmadırmı?- Ümumiyyətlə, bu kimi məsələlərin durmadan müzakirə edilməsi qəbuledilməzdir.
Dünyada baş verən hadisələrin 90 faizi psixoloji amillərlə bağlıdır.
“Amerika gəmisi Fars körfəzinə daxil oldu”, “filan bəyanatlar verildi” deyib, ictimai rəyi çaşdırırlar.
Heç bir iqisadi reallığa əsaslanmayan proseslər baş verir.Azərbaycan Mərkəzi Bankı qiymət sabitliyinə cavabdeh olan qurumdur.
Bilavasitə “Azərbaycanda Mərkəzi Bank haqqında” qanunda bunlar təsbit olunub.
Ona görə də bəzi hallarda baxırsan ki, pul siyasəti mövzusunda, faiz dərəcələri haqqında anlayışı olmayan adamlar bu məsələlərə münasibət bildirirlər.