Icma.az
close
up
RU
“Pensiya yaşı azaldılmaldıır, insanı qocaldıb, sonra yaşatmaq lazım deyil” Zahid Məmmədovla GÜNDƏM MÜSAHİBƏ

“Pensiya yaşı azaldılmaldıır, insanı qocaldıb, sonra yaşatmaq lazım deyil” Zahid Məmmədovla GÜNDƏM MÜSAHİBƏ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıvaxtı.az-ın “Düzünü desək” rubrikasının budəfəki qonağı iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdur.

Professorla söhbəti təqdim edirik.

- Son günlər Azərbaycanın milli valyutası-manatın dollar qarşısında dəyər itirəcəyinə dair iddialar dolaşır. Sizcə, doğru yanaşmadırmı?

- Ümumiyyətlə, bu kimi məsələlərin durmadan müzakirə edilməsi qəbuledilməzdir. Dünyada baş verən hadisələrin 90 faizi psixoloji amillərlə bağlıdır. “Amerika gəmisi Fars körfəzinə daxil oldu”, “filan bəyanatlar verildi” deyib, ictimai rəyi çaşdırırlar. Heç bir iqisadi reallığa əsaslanmayan proseslər baş verir.

Azərbaycan Mərkəzi Bankı qiymət sabitliyinə cavabdeh olan qurumdur. Bilavasitə “Azərbaycanda Mərkəzi Bank haqqında” qanunda bunlar təsbit olunub. Ona görə də bəzi hallarda baxırsan ki, pul siyasəti mövzusunda, faiz dərəcələri haqqında anlayışı olmayan adamlar bu məsələlərə münasibət bildirirlər. Dəfələrlə demişəm ki, buna son qoyulmalıdır və müzakirə olunmamalıdır. Doğrudan da bazarda ciddi panik yaradırlar. İqtisadi proseslərlə bağlı yayılan dezinformasiyalar hərbi məsələlərdə olduğu qədər təhlükəlidir. Manatın məzənnəsi də dövlət əhəmiyyətli məsələdir. İqtisadiyyatın ən güclü təsir alətlərindən biri valyuta məzənnəsidir. Bunu da gündə müzakirəyə çıxarmaq doğru deyil. Mərkəzi Bank diqqəti artırmalıdır. Bu kimi açıqlama verənləri dəvət etməlidirlər. Məşğulluqda hörmətli Mustafa Abbasbəyli vardı. Onun yaxşı bir yanaşması vardı. Artıq-əskik danışanları şəxsi dəvət edib, ictimai müzakirə açırdı. Bu, vacib məsələdir. Dövlət qurumları istənilən məsələyə zamanında reaksiya verməlidir. Çünki insanlar şaiyələrə inana bilirlər.

- Siz necə düşünürsünüz, manat növbəti dəfə devalvasiyaya məruz qala bilərmi?

- Hər şey hökumətdən, xalqdan, şirkətlərdən asılıdır. Hamımız manata, iqtisadiyyatımıza güvəniriksə, nə problem yaşaya bilərik ki?! 44 günlük savaşda özümüzə güvəndik və qələbə qazandıq. Özümüzə güvənməliyik. Milli valyutamızı gücləndirmək əvəzinə niyə onu müzakirəyə çıxaraq ki?! Olmaz!

- Pensiya yaşının azaldılması barədə də müsbət siqnallar var. Sizcə, pensiya yaşı azladılmalıdırmı və buna getmək mümkündürmü?

- Mütləq azaldılmaldıır. Yetər artıq, indiki pensiyaya çıxma yaşı həddindən artıq çoxdur. Təəssüf olsun ki, bu qədər yaş çox yüksəkdir. İnsanların gələcəyini düşünmək lazımdır. İnsanı qocaldıb, ondan sonra yaşatmaq lazım deyil. 60 yaş yetərlidir. İnsan yaşamalıdır. Təəccüb edirəm ki, bəziləri yaşa dolub, müəyyən təminatları olduğu halda niyə gedib təqaüdlərini alıb dolanmırlar?! Ən çox da ali təhsil müəssisələrində belə hallar yaşanır. Niyə onlar getmirlər?

- Ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının bahalaşması müşahidə olunur. Sizcə, bunun iqtisadi əsası varmı?

- Buna səbəb dedi-qodulardır. Bazara öncədən siqnal ötürəndə belə hallar yaşanır. İnsanlar öncədən nəyin bahaşacağını deyirsə, bazar buna uyğunlaşır. Dünyada bu kimi mövzularda televiziya kanallarında bilikli adamlar çıxırlar və bahalaşmanı elmi cəhətdənn əsaslandırırlar. Bizdə isə bu mövzuda nədənsə susqunluq var. Bu işi bir qrup adama həvalə ediblər. Onlar danışırlar, qərar qəbul edirlər. Bu, artıq problemdir. Bahalaşmanın səbəbi ilə bağlı İqtisadiyyat Nazirliyi məşğul olmalıdır. Bizim ölkədə istehlak bazarına dövlət nəzarəti var. Bu təşkilat prezident yanında fəaliyyət göstərir. Bu kimi məsələlərlə bağlı diqqətli yoxlamalar aparılmalıdır. Türkiyə sənaye ölkəsi olmasına rəğmən marketlər və bazarlarda yoxlamalar aparılır, alıcılardan qiymətlər soruşulur, 5 manatlıq məhsulu 20 manata satanlara qarşı dərhal tədbirlər görülür. Həmin adamlar ifşa olunurlar. Dövlətin, millətin əleyhinə çalışan, bahalaşmadan süni istifadə edənlər var. Bu, 1921-ci ildə sabotaj adlanırdı. Bunun qarşısını almaq üçün dövlət var. Əvvəl belə idi ki, bahalaşmanı bazar iqtisadiyyatı ilə izah edirdilər. Amma indi dövlət enerji təhlükəsizliyi, milli təhlüksəzliklə yanaşı, iqtisadi təhlükəsizliyi də təmin etməlidir. Bu nə deməkdir? Dövlətin təhlükəsizlik konsepsiyası var. Bu qədər. “Mən iş adamıyam, bura bazardır, istədiyim qiyməti diktə edə bilərəm” yanaşması artıq işləmir. Bu belə deyil, bunu edə bilməzsən. Heç Amerika, Fransa və İngiltərədə də biıməzlər. Dünyada belə şeylər ola bilməz. Qiymət artımı ifadəsində diqqətli olmaq lazımdır. Ölkənin inkişafı və güclənməsi üçün çox ciddi işlər görülməlidir.

- Qeyd etdiniz ki, bəzi adamlar elmi əsasa söykənmədən danışırlar. Niyə bu cür adamlara meydan verilir?

- Görünür, o adamlara icazə verirlər. İqtisadiyyat şou-biznes deyil axı. İqtisadiyyat dövlətin təhlükəsizliyidir. İqtisadiyyat dövlətin gücüdür, təminatıdır. Ulu öndər Heydər Əliyev bəyan etmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. O ekspertlər mənimlə debata gəlsinlər, müzakirə edək. Amma gərək status olsun. Müvafiq qurumlar da buna diqqət etməlidirlər. Televiziya proqramlarındakı bu sayaq mövzulara ciddi reaksiyalar verilməlidir. Rusiya, Türkiyə və Fransada belə məsələlərə ciddi reaksiyalar var. Bu, bizdə də olmalıdır.

Qeyd etdiyim kimi, iqtisadi təhlükəsizlik önəmli məsələdir. Buna milli təhlükəsizlik çərçivəsində baxılmalıdır.

- Son illər turizm sektorunda ciddi islahatların həyata keçirildiyinə dair davamlı məlumatlar tirajlanır. Sizcə, istər ölkəmizə gələn turistlərin sayının artması, istərsə də xidmət sahəsinin inkişafı ilə bağlı nəzərəçarpan yeniliklər varmı?

- Turizmdə başlıca məsələ etik davranışlardı. Ölkəyə gələn turist qayğını, sevgini, hiss etməlidir, yediyini bilməlidir. Türkiyə, Rusiya və başqa ölkələrdə insanlar, turistlər oturmazdan əvvəl nə yeyəcəklərini bilirlər. Bizdə masaya oturan kimi, müştəridən soruşmadan süfrəni doldururlar. Sənin yerinə qərar verirlər. Müştəriyə diktə və təzyiq etmək olmaz. Turizm Agentliyi buna ciddi diqqət etməlidir. Mədəniyyət Nazirliyi də məsələyə diqqət yetirməlidir. Çünki bu, həm də bir mədəniyyətin tərkib hissəsidir. Kompeks yanaşma lazımdır.

- Kompeks şəklində deyəndə nəyi nəzərdə tutursunuz, “kodları” açardınız zəhmət olmasa…

- Məsələn, deyək ki, gözəl bir otelə getdin, oteldən çıxandan sonra getdiyin teatr gözəl deyilsə, turist razı qalmayacaq. Muzeylər olmalıdır, insanlar gəzdiyi yerlərin tarixi ilə bağlı biliyə sahib olmalıdır. Bu yaxınlarda böyük bir 5 ulduzlu oteldə idim, bu oteldə internet işləmirdi. Dəfələrə müraciət etdim ki, internet işləmir, bank fəaliyyəti ilə bağlı çalışmalarım var, çox rahatlıqla “internet işləmir”deyib, əllərini ağdan-qaraya vurmadılar. Sanki belə də olmalı idi. Bax belə məsələlərə, xidmətlərə diqqəti artırmalı və müştəri məmnuniyyəti yaratmalıyıq.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri