Pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir Banklara TƏKLİF | Icma.az
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə
Məlumata görə, ötən il təxminən 178 pensiyaçı aldadılıb. Maraqlıdır, dələduzların qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı fikir bidirən İKT üzrə mütəxəssis Osman Gündüz bu rəqəmin Azərbaycan üçün çox böyük olduğunu deyib.
Onun sözlərinə görə, bu, sektorda ciddi problemlərin olmasından xəbər verir: “Qeyd olunurdu ki, bu cinayətlərin 178-i "bankomatdan pul çıxarılmasına kömək adı ilə" vətəndaşın aldadılması yolu ilə həyata keçirilib.
Düşünmək olar ki, bu üsulla aldadılanların əksəriyyəti pensiyaçılar olub. Əlbəttə, çox təəssüfləndiricidir.
Təsəvvür edək, 178 pensiyaçı bir ay pulunu gözləyir, son anda onu hansısa kiberdələduz “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə mənimsəyir.
Kimdir günahkar? Fikrimcə, hamımız. Cəmiyyət bunun fərqində olmalıdır.
Əlbəttə, ilk növbədə pensiyaçı diqqətli olmalıdır, amma pensiyaçını günahlandırmaq da doğru olmazdı.İlk növbədə, bu 178 pensiyaçı hansı bankın müştərisidirsə, daha çox məsuliyyət daşıyan da onlardır, daha çox vəzifə onların üzərinə düşür”.
Tam oxu
Xəbəri oxu