Icma.az
close
up
RU
Pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir Banklara TƏKLİF

Pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir Banklara TƏKLİF

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında məlumat paylaşıb. Məlumata görə, ötən il təxminən 178 pensiyaçı aldadılıb.

Maraqlıdır, dələduzların qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı fikir bidirən İKT üzrə mütəxəssis Osman Gündüz bu rəqəmin Azərbaycan üçün çox böyük olduğunu deyib. 

Onun sözlərinə görə, bu, sektorda ciddi problemlərin olmasından xəbər verir:

“Qeyd olunurdu ki, bu cinayətlərin 178-i "bankomatdan pul çıxarılmasına kömək adı ilə" vətəndaşın aldadılması yolu ilə həyata keçirilib. Düşünmək olar ki, bu üsulla aldadılanların əksəriyyəti pensiyaçılar olub. Əlbəttə, çox təəssüfləndiricidir. Təsəvvür edək, 178 pensiyaçı bir ay pulunu gözləyir, son anda onu hansısa kiberdələduz “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə mənimsəyir. Kimdir günahkar? Fikrimcə, hamımız. Cəmiyyət bunun fərqində olmalıdır. Əlbəttə, ilk növbədə pensiyaçı diqqətli olmalıdır, amma pensiyaçını günahlandırmaq da doğru olmazdı.İlk növbədə, bu 178 pensiyaçı hansı bankın müştərisidirsə, daha çox məsuliyyət daşıyan da onlardır, daha çox vəzifə onların üzərinə düşür”.

O.Gündüz vurğulayıb ki, banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün daha ciddi işlər aparmalı, bura resurslar ayırmalıdır:

“Xüsusilə də pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir. Pensiyaçıların kartları ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülə bilər. Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilməli və onlar daim işlək vəziyyətdə olmalıdır. Eyni zamanda, aidiyyəti dövlət qurumları tərəfindən yaşlı insanlara kiber fırıldaqçıların üsulları izah edilməli və onların heç bir halda bank kartı məlumatlarını, PIN kodlarını və SMS təsdiq kodlarını başqalarına verməmələri tövsiyə olunmalıdır.Ailə üzvləri də yaşlı insanlara kartlarındakı vəsaitlərdən istifadə ilə bağlı daim nəzarət etməlidir. Ailə üzvlərinin onlara bank adından, yaxud dövlət qurumları adından bank kartı ilə bağlı hansı zənglər və mesajların gəldiyi barədə məlumatlı olmaları təhlükəsizlik baxımından önəmlidir".

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri